“Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
Tarix: 20.02.2020 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Nərmin Hüseynzadə: “Gənclərimizi sadəcə düzgün istiqamətə yönəltmək lazımdır ki, onlar öz bacarıqlarını, ictimai aktivliklərini göstərə bilsinlər”


Müsahibimiz adı öncüllər sırasında hallanan gənclərimizdən olan Nərmin Hüseynzadədir. Nərmin 1995- ci ildə Bakıda anadan olub. 2002-ci ildə orta təhsilə Bakı şəhərinin Yasamal rayonunda yerləşən 286 saylı tam orta məktəbdə başlayıb, 2013-cü ildə həmin məktəbi bitirərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimi fakültəsinə qəbul olub. 2017-ci ildə həmin Universiteti bitirərək "Zəngilan rayon Şəfəq körpələr evi"ndə fəaliyyətə başlayıb.
Hazırda Zəngilan Rayon İcra Hakimiyyətində çalışan bu aktiv gənclə bağlı olan müsahibəni oxuculara təqdim edirik:

- Gənc yaşda mühüm vəzifədə çalışmaq çətin deyil ki?

- Əslində son illərdə Azərbaycanda bütün mühüm işlərdə, dövlət sektorunda çalışan xeyli sayda gənc kadrları müşahidə edə bilərik. Yəni, 10-15 il əvvəllə müqayisədə indi gənclər məsul vəzifələrdə daha çox təmsil olunmağa başlayıblar. Bu da ondan xəbər verir ki, gənclərin mühüm vəzifələrdə, dövlət işlərində ağır məsuliyyət tələb edən vəzifələrdə çalışması onlara heç bir çətinlik yaratmır. Azərbaycanda çox uğurlu gənclər siyasəti həyata keçirilir. Maraq üçün onu da vurğulayım ki, mən ümumilikdə ictimai işlərdə daim aktivəm. 2018-ci ildən etibarən ictimai işlərdə daha çox aktiv olmuşam, Yeni Azərbaycan Partiyası Zəngilan Rayon Təşkilatında Məsləhətçi vəzifəsini icra etmişəm. 2019-cu ildən etibarən isə Zəngilan Rayon İcra Hakimiyyətinin Başçısı aparatında böyük məsləhətçi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsini icra edirəm. Eyni zamanda YAP Zəngilan rayon təşkilatının Gənclər birliyinin sədri kimi ictimai vəzifə daşıyıram. Həmişə ictimai işlərdə aktiv olmağı özümə borc və şərəf bilmişəm.

- Həmyaşıdlarınızla, ümumilikdə gənclərlə işləmək çətin deyil ki?

- Əslində ən rahat iş məhz gənclərlə birgə qurulan fəaliyyətdir. Yəni, bu gün Azərbaycan gəncliyi, gənclərimizin böyük əksəriyyəti intellektual, savadlı və mədənidir. Düşünmürəm ki, belə bir aktiv təbəqə ilə işləmək, onlarla ictimai aktivliyi təmin etmək çətin olsun. YAP böyük siyasi təşkilatdır, YAP gəncləri də sözün həqiqi mənasında əsl gücdürlər. Gənclərimizi sadəcə düzgün istiqamətə yönəltmək lazımdır ki, onlar öz bacarıqlarını, ictimai aktivliklərini göstərə bilsinlər. Bir daha qeyd edirəm ki, gənclərimizin vətənpərvər, sağlam ruhlu, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətimizin gələcəyi üçün önəmlidir. Bütün bu sadalananlar isə bu gün əksər gənclərimizdə mövcuddur. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan ölkə başçısı da bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi önəm verilir. Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir.

- Yəqin bütün bu inam və etimadın nəticəsidir ki, gənclər də dövləti, dövlətçiliyi dəstəkləyir, ölkə başçısının ətrafında sıx birləşirlər.

- Əlbəttə. Necə ki, ölkə başçısı gənclərə inanır, eləcə də gənclərimiz də dövlətimizin başçısı ilə qürur duyurlar.
Sizə bir misal deyim. Son günlərin ən çox müzakirə olunan mövzusu olan Münhendəki məlum debatlar gənclərimiz tərəfindən də böyük diqqətlə izləndi. Gənclərimiz həmin görüşlə bağlı sosial şəbəkələrdə çoxlu paylaşmalar etdilər. Hazırda dünyanın hər yerində sosial şəbəkələr insanların həyatına aktiv şəkildə daxil olub. Eləcə də bizim ölkədə də bu, belədir. Bu mənada gündəmdə olan bir məsələyə cəmiyyətimizin nə cür reaksiya verildiyini yoxlamaq üçün sosial şəbəkələrə baxmaq kifayətdir. Gənclərimiz Prezidentin Münhendəki diplomatik uğurunu, səsləndirdiyi fikirləri böyük həvəslə paylaşdılar. Gənclər Paşinyanın dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycan Prezidentinə diplomatik məğlubiyyətinin şahidi oldular. Yəni, bütün bunları ona görə xatırlatdım ki, Azərbaycanda ölkə başçısına olan sevgi və dəstək bütün cəmiyyətimizdə mövcuddur, o cümlədən də gənclər arasında.

- Bildiyiniz kimi bu il “könüllülər ili” elan edilib. Azərbaycan gəncliyinin könüllülük fəaliyyətinə verdiyi töhfəni necə qiymətləndirirsiniz?

- Doğrudan da könüllülük fəaliyyətində Azərbaycan bir çox ölkəyə nümunə ola biləcək səviyyəyə gəlib çatıb. İllərlə ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbir və yarışlarda könüllülərin ağır zəhmətləri özü sözünü dedi. Bu gənclərimiz olmasaydı inanın ki, effektiv yarış da keçirmək mümkün olmazdı. Yəni, yalnız yarış və böyük tədbirlərdə deyil, bu gün ayrı-ayrı dövlət qurumlarına yardım edib onlara məxsus yerlərdə, obyektlərdə könüllü çalışan gənclərimiz sözün həqiqi mənasında alqışa layiqdirlər. Düşünmürəm ki, onlara verilən dəyər bu ilin yalnız könüllülərə həsr edilməsi ilə yekunlaşacaq. Yəqin, ki, ildən ilə könüllülük fəaliyyəti ilə məşğul olan tələbə və gənclərimiz üçün daha geniş imkanlar açılacaq, onların gələcək iş fəaliyyətlərində, karyeralarında könüllülük işi tramplin rolunu oynayacaq...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
“Çox sağ olun, əziz müəllimlərimiz”
29.03.2020
Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info