BMT-də Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər səsləndirilib
Tarix: 20.02.2020 | Saat: 20:05:00 | E-mail | Çapa göndər



“BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd 822, 853, 874 və 884 saylı qətnamələrini qəbul edib. Bu qətnamələr Azərbaycan torpağlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir və işğal olunmuş ərazilərdən tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edir”


“Dağlıq Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biridir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Serebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir”

Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Sosial İnkişaf Komissiyasının 58-ci sessiyası çərçivəsində “Daha ədalətli dünyaya doğru: Asiyada evsizlik, sosial müdafiə, yoxsulluq və çatışmazlıq problemlərinin həlli yolları” mövzusunda forum keçirilib. AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov çıxış edib. O, çıxışında Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və erməni ordusunun 1992-ci ilin fevral ayında törətdiyi Xocalı soyqırımı haqqında məlumat verib. S.Qasımov Ermənistanın beynəlxalq hüququ ciddi şəkildə pozulması, Azərbaycan ərazisinin 20 faizinin erməni ordusu tərəfindən işğal olunmasını diqqətə çatdırıb. Deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, 1 milyon etnik azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb və onların fundamental hüquqları kobud şəkildə pozulub. Münaqişə haqqında geniş məlumat verən S.Qasımov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd 822, 853, 874 və 884 saylı qətnamələrini qəbul edib. Vurğulanıb ki, bu qətnamələr Azərbaycan torpağlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir və işğal olunmuş ərazilərdən tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığı və dəstəkləndiyi halda beynəlxalq təşkilatların münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərə əsaslanan çoxsaylı qərar və qətnamələri Ermənistan tərəfindən yerinə yetirilmədiyi qeyd olunub. Tədbir çərçivəsində Avropa Azərbaycanlılar Konqresinə Dünya Sülh və Əminamanlıq Federasiyasının (FOWPAL) təsis etdiyi “Sülh” mükafatı təqdim edilib.
İranın İRNA agentliyi: “Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib”

Qeyd edək ki, İranın dövlət xəbər agentliyi olan İRNA Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələr barədə məqalə yayıb. AZƏRTAC xəbər verir ki, məqalədə 45 dəqiqəlik debatı iki ölkənin rəsmiləri ilə yanaşı, ayrı-ayrı ölkələrdən olan ekspertlərin də salonda izlədikləri qeyd olunub. Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğuna diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”. Dövlət başçısı bildirib ki, Ermənistanın Azərbaycan ərazisinin işğalına son qoyması üçün beynəlxalq ictimaiyyət Yerevana ciddi təzyiq göstərməlidir. Prezident İlham Əliyev Dağlıq Qarabağın münaqişə tərəfi kimi göstərilməsinə etirazını bildirib. O deyib ki, münaqişənin tərəfləri Ermənistanla Azərbaycandır. Maraqlı tərəflər isə bölgənin erməni və azərbaycanlı icmalarıdır. Bu, ATƏT-in münaqişənin sülh yolu ilə nizamlanmasına vasitəçilik edən Minsk qrupunun sənədlərində də əks olunub. Problemin sülh yolu ilə həllinə gəlincə, Prezident İlham Əliyev bunun mərhələli şəkildə baş verməli olduğunu söyləyib. Əvvəlcə Ermənistan hərbçiləri bölgədən çıxarılmalı, daha sonra Dağlıq Qarabağ bölgəsinin statusu müəyyənləşdirilə bilər. Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev Nikol Paşinyanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini səhv şərh etməkdə günahlandırıb. O xatırladıb ki, həmin qətnamələrdə erməni qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Söhbət BMT Təhlükəsizlik Şurasının problemlə bağlı hələ 1993-cü ildə qəbul etdiyi qətnamələrdən gedir. Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən də bəhs olunub. Qeyd edilib ki, 1988-ci ildə başlayan münaqişə 1992-ci ildə hərbi qarşıdurmaya çevrilib. Nəticədə Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. 1994-cü ildə münaqişə tərəfləri arasında atəşkəs haqqında saziş imzalanıb. O vaxtdan ATƏT-in ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk qrupu problemin həllində vasitəçilik etsə də, bu günədək hər hansı nəticə əldə olunmayıb.

Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
Onu da bildirək ki, O.M.Lazarevska adına Çerniqov şəhər Tarix və Sosial Elmlər İnstitutunda Xocalı soyqırımına dair elmi konfrans keçirilib. “Silahlı qarşıdurma zamanı dinc əhalinin müdafiəsi və Xocalı faciəsinin hüquqi aspektləri” mövzusunda keçirilən elmi konfransda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, institutun rəhbərliyi, diaspor fəalları və tələbələr iştirak ediblər. Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, 28 il bundan əvvəl baş verən Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. “Biz Xocalı soyqırımının səbəblərini və nəticələrini daha geniş miqyasda dünya ictimaiyyətinə çatdırmaq işini davam etdiririk. Xocalıya ədalət Azərbaycanın dövlət siyasətidir” - deyən diplomat bildirib. O qeyd edib ki, zamanında Xocalı soyqırımına ədalətli hüquqi qiymət verilsəydi, indi bir çox yerlərdə münaqişə zonaları yaranmazdı. Səfir bildirib ki, Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları tarixin müxtəlif illərində olub. Bu münaqişələrdə həmişə Azərbaycanın mülki şəxslərinə qarşı amansız vəhşiliklər törədilib. Hazırda Azərbaycanda hər doqquzuncu sakini qaçqın və ya məcburi köçkündür. Dağlıq Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Serebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir. İnstitutun prorektoru Anatoli Timoşenko, ali təhsil ocağının direktoru Aleksandr Kovalenko, Çerniqov vilayəti Apellyasiya Məhkəməsinin sabiq sədri, hüquq elmləri doktoru Sadıq Tağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Çerniqov vilayəti üzrə sədri İsgəndər Vəliyev, konqresin gənclər təşkilatının sədri Ruslan Mikayılov, ehtiyatda olan polis polkovniki İbrahim Əliyev çıxış edərək bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymətin verilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına etiraz edənlərin sayı dünyanın hər yerində ildən-ilə artmaqdadır. Artıq bir neçə ölkə Xocalı soyqırımını tanıyıb və bu ölkələrin sırası genişlənməkdədir. Sonra tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı soyqırımına dair film nümayiş etdirilib. Tədbirdən sonra Çerniqov şəhərinin mərkəzi parkında tədbir iştirakçıları soyqırımında həlak olanların xatirəsinə ehtiram olaraq şamlarla “Xocalı” sözünü yazıblar. Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
03.09.2020
Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir
02.07.2020
“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info