Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Tarix: 21.02.2020 | Saat: 01:45:00 | E-mail | Çapa göndər



Fevralın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Seçki qanunvericiliyində nəzərdə tutulan müddətdə və qaydada iclasa çıxarılan müraciətlər ərizəçilərin və digər maraqlı subyektlərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Sosial şəbəkələr və digər mənbələrdən olan məlumatların şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiya Milli Məclisə seçkilər keçirilən 24 seçki məntəqəsində - 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 8, 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59, 107 saylı Qazax seçki dairəsinin 2, 57 saylı Kürdəmir seçki dairəsinin 7, 18, 20, 27 və 33, 8 saylı Binəqədi birinci seçki dairəsinin 24, 11 saylı Qaradağ seçki dairəsinin 30 və 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 14, 17, 23 və 25 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsini mümkünsüz edən və Seçki Məcəlləsinin tələblərinə uyğun olmayan halları nəzərə alaraq, həmin məntəqələr üzrə səsvermənin nəticələrinin ləğv olunmasına qərar verib.
Milli Məclisə seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların və xarici qurumların nümayəndələrinin iştirak etdiyi iclas kütləvi informasiya informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Azərbaycanda koronavirusa görə 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb
01.04.2020
Azərbaycanda daha 61 nəfər koronavirusa yoluxub
01.04.2020
İcra başçısı vətəndaşlara evdən çıxmamağı tövsiyə etdi
01.04.2020
Dövlət dili normalarını pozanlar min manatadək cərimələnəcək
01.04.2020
Bələdiyyələrlə əlaqədar iki qanun layihəsi hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
2 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
3 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
4 Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
5 Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info