Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb
Tarix: 21.02.2020 | Saat: 10:30:00 | E-mail | Çapa göndər



Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Xocalı: milli tariximizin şəhidlik səhifəsi” mövzusunda tədbir keçirilib.

Aİİ-dən Palitra-ya bildirilib ki, əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə anılıb.
Aİİ rektoru Ceyhun Məmmədov mərasim iştirakçılarını salamlayaraq, gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində ali təhsil müəssisəsinin müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
İnstitut rəhbəri daha sonra bildirib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi səkkiz il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər.

C.Məmmədov Xocalı soyqırımının erməni millətçilərinin xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən olduğunu bildirərək, bu faciəni törədənlərin öz layiqli cəzalarını almaları üçün gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

Rektor həlak olmuş şəhid ailələrinin və əlil düşmüş insanların daim Azərbaycan Dövlətinin qayğı və diqqəti ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradov çıxış edərək bildirib ki, hədəfimiz Xocalı soyqırımı həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Qeyd edib ki, bu səpkili tədbirlər, anım mərasimləri Azərbaycan xalqının sıx birliyini, şəhidlərimizin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əzmini nümayiş etdirir.

Aİİ-nin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “İslamda şəhidlik ” mövzusunda çıxış edib. İslam dinində şəhidlik məqamı, Vətən sevgisi və onu qorumağın vacibliyi haqqında söhbət açıb. O bildirib ki, Vətəni müdafiə etmək üçün düşmənə qarşı mübarizə apararaq şəhid olmaq bir müsəlmanın nail ola biləcəyi ən yüksək mənəvi mərtəbədir.

Daha sonra Aİİ-nin müəllimi tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa “Xocalı faciəsinə tarixi baxış” mövzusunda çıxış edib. Bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarından məkrli erməni cəlladları tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş, sоydaşlarımızı qətlə yetirmiş, repressiya və deportasiyaya məruz qoymuşlar. Ermənilər etnik təmizləmə apararaq, ərazilərimizin bir hissəsini işğal etmişlər. Nəticədə xalqımız dəfələrlə ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.
R.Mustafa Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsinin tarixi faktlarını xatırladıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib. Qətlə yetirilənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürülüb, ailələr məhv edilib.
Tədbirdə XX əsrin facisəi olan Xocalı soyqırımından bəhs edən film nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Operativ Qərargah: Azərbaycanda daha 27 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı
29.03.2020
DİN: Əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər davam etdirilir
29.03.2020
Şəfiqə Məmmədova “Əmək” ordeni ilə təltif edilib
29.03.2020
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi koronavirusla mübarizə tədbirlərinə qoşulur
29.03.2020
Daha bir təşkilat Şuranın “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına qoşuldu

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info