Bu gün İranda parlament seçkiləri keçirilir
Tarix: 21.02.2020 | Saat: 10:48:00 | E-mail | Çapa göndər



Bu gün İranda İslam Şurası Məclisinə (parlament) seçkilər keçirilir.

AZƏRTAC İranın Daxili İşlər Nazirliyinin Milli Seçki İdarəsinə istinadla xəbər verir ki, 290 yerlik parlamentə seçilmək üçün 7157 nəfər mübarizə aparır. Ölkə üzrə 54 mindən çox seçki dairəsi yaradılıb. Seçki İdarəsinin rəhbəri Camal Orf bildirib ki, İranda 54 milyon 918 nəfərin səsvermə hüququ var. İranda 18 yaşdan yuxarı vətəndaşlar parlament seçkilərində namizədliklərini irəli sürə bilərlər. Lakin İranda fəaliyyət göstərən Konstitusiyanın Müdafiə Şurası namizədləri nəzərdən keçirərək onların seçkidə iştirakına qərar verir. Şuranın rəyi olmadan namizəd Milli Seçki İdarəsi tərəfindən qeydə alına bilməz. Səsvermə prosesinin 85 faizi elektron qaydada həyata keçirilir ki, bu da saxtakarlığın qarşısını 90 faizə qədər alır.
Prezident seçkilərində olduğu kimi, parlament seçkilərində də əsas mübarizə İran siyasətinin sütununu təşkil edən iki böyük siyasi düşərgə - islahatçılar və mühafizəkarlar arasında aparılır.
Budəfəki parlament seçkiləri ABŞ ilə kəskin qarşıdurma şəraitində keçirilir. İqtisadi sanksiyalar ölkədəki sosial vəziyyəti ağırlaşdırıb ki, bu da hakimiyyətdə olan islahatçılar qanadının nüfuzuna təsirsiz ötüşməyib. Buna baxmayaraq, İranda seçicilər fəallıq nümayiş etdirirlər. Artıq İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi səsvermədə iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Dünyada koronavirusa yoluxanların sayı 723 mini keçib
30.03.2020
Koronavirusla bağlı Qərbin vəziyyəti
30.03.2020
Koronavirusla bağlı Şərqin vəziyyəti
30.03.2020
Koalisiya qüvvələri Kərkük şəhərindən çıxıb
30.03.2020
İranda 100 min məhkum müvəqqəti olaraq azadlığa buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info