“Doktor Dulittlin heyrətamiz səyahəti”
Tarix: 21.02.2020 | Saat: 12:03:00 | E-mail | Çapa göndər


28 Mall Ticarət Mərkəzində yerləşən CinemaPlus Premium-klass Kinoteatrında “Doktor Dulittlin heyrətamiz səyahəti” macəra filminin premyeradan öncə nümayişi baş tutub.
Tədbir zamanı cəngəllik mühiti bütün kinoteatrı bürüdü. Heyvanlar və bitkilər cəngəlliyin vəhşi ruhunu təcəssüm etdiriblər. Gecədə diqqət çəkən digər məqam isə qonaqların zövq aldığı quşlarla şou proqram olub.
Filmin rejissoru Stiven Geyqandır. Filmdə Robert Dauni Jr., Tom Holland, Emma Tompson, Rami Malek, Maykl Şin, Reyf Fayns, Selena Qomes, Marion Cotilyar, Antonio Banderas, Cessi Bakli və başqaları çəkilib.
Viktoria İngiltərəsində yaşayan məşhur baytar həkim Dulittl yeddi il öncə həyat yoldaşını itirdi. Hazırda isə evinin yüksək divarlarının arxasında gizlənərək monoton həyat tərzi keçirir. Onun yeganə dostları kolleksiyasında olan ekzotik heyvanlardır. Ancaq naməlum xəstəlik gənc kraliçanın həyatına təhlükə yaratdığı zaman həkim Dulittl evini tərk etmək və əfsanəvi adaya ağlasığmaz səyahət etmək məcburiyyətindədir.
Tədbirin təşkilində kömək göstərdilər: “Light in Black” kreativ şirkəti, “Aya Rzali” və “Strafor Kəsim” dekorasiya şirkəti, Vüqar Cabbarlıdan “Ekzotik_show”, “Kolorit” kafesi, “Abşeron Sharab”, “Şeh Su” və “Red Bull”.
“CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.





 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Lənkəran Dövlət Dram Teatrın kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
29.03.2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
28.03.2020
Telekanallar milli filmləri nümayiş etdirəcək
26.03.2020
Evdə bax: Azərbaycanın unikal teatrı onlayn rejimə keçib
26.03.2020
“CinemaPlus” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ayırdı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info