“Gənclərin Dostu Milli Müfafatı“ təqdim olunub
Tarix: 21.02.2020 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


Fevralın 20-də Gənclər Mərkəzinin İctimai Birliyinin tərkibində yaradılan Gənc Sahibkarlar Klubunun illik hesabat tədbiri keçirib. Tədbirdə millət vəkilləri, media kapitanları, gənc iş adamları, həkimlər, vəkillər, incəsənət xadimləri və jurnalistlər iştirak edib.
Tədbir Gənc Sahibkarlar Klubunun koordinatoru Anar Sarıyevin çıxışı ilə başlayıb.
Anar Sarıyev çıxışı zamanı Gənc Sahibkarlar Klubunun bir illik fəaliyyəti və gələcək planları barəsində məlumat verib.
O, bildirib ki, ölkə başçısı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən gənclərə və gənc sahibkarlara xüsusi qayğı göstərilir: "Biz gənclər hər birimiz cənab prezidentin əsgəriyik. Daim cənab prezidentin ətrafında sıx birləşərək onun uğurlu siyasətini dəstəkləyirik".
Daha sonra tədbirdə çıxış edən millət vəkilləri Adil Əliyev, Azər Badamov, Eldəniz Səlimov və "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlət tərəfindən gənclərə və sahibkarlara göstərilən dövlət qayğısından danışıb.
Tədbirin sonunda millət vəkillərinə, ictimai xadimlərə, media kapitanlarına, gənc həkimlərə, vəkillərə və jurnalistlərə Gənclər Mərkəzi İctimai Birlik tərəfindən "Gənclərin Dostu Milli Müfafatı" təqdim olunub. Qeyd edək ki, bu mükafat 10 ildir ki, millət vəkillərinə, həkimlərə, vəkillərinə, media kapitanları və aktiv ictimai fəaliyyəti olan şəxslərə verilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Operativ Qərargah: Azərbaycanda daha 27 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı
29.03.2020
DİN: Əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər davam etdirilir
29.03.2020
Şəfiqə Məmmədova “Əmək” ordeni ilə təltif edilib
29.03.2020
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi koronavirusla mübarizə tədbirlərinə qoşulur
29.03.2020
Daha bir təşkilat Şuranın “Evdə qal, Cəmiyyəti qoru” kampaniyasına qoşuldu

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info