İtaliya Prezidenti: Azərbaycan hər zaman İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər
Tarix: 21.02.2020 | Saat: 14:02:00 | E-mail | Çapa göndər


Azərbaycan enerji sahəsində hər zaman hamı ilə əməkdaşlıq etməyə açıq bir ölkədir. Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır. AZƏRTAC xəbər verir ki, bu fikirləri İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanatında bildirib.
Dövlət başçısı qeyd edib ki, 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyəti İli elan olunması əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək. Prezident Sercio Mattarella vurğulayıb ki, İtaliya Azərbaycanla Avropa İttifaqı arasında da əlaqələrə hər zaman dəstək olmağa hazırdır. “Biz Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də çox geniş formada əməkdaşlıq etməyə hazırıq. İtaliya Azərbaycanı, həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Əfqanıstanda terrorizmə qarşı mübarizədə və gördüyünüz kimi, hər bir sahədə bizim ölkələrimiz arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycan hər zaman bu əməkdaşlıqda İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər”, - deyə dövlət başçısı əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması 9 ay təxirə salınıb
30.03.2020
Türkiyədə daha 11 kənd və iki məhəllə karantinə alınıb
30.03.2020
Avropa 29 martdan yay vaxtına keçdi
29.03.2020
Həştərxan İş Mərkəzi MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb
29.03.2020
Mütəxəssis təhlükəli içkilərdən ehtiyat etməyə çağırdı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info