Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Könüllülər ili” çərçivəsində yeni layihəyə start verib
Tarix: 21.02.2020 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Könüllülər ili” ilə bağlı yeni layihəyə start verib. BŞTİ-dən bildirilib ki, layihədə ali məktəblərin III və IV kursunda, magistratura səviyyəsində təhsil alan tələbələr, ali təhsilini bitirmiş gənclər iştirak edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən tələbə və məzun gənclər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində, Təlimə Dəstək Mərkəzində və təhsil müəssisələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.
“Könüllülükdən peşəkarlığa” layihəsinin əsas məqsədi tələbə və məzun gənclərə bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək, öz ixtisaslarına uyğun kadr kimi formalaşmaq istəyən şəxslərə uğurlu karyera qurmaq imkanı yaratmaq, onların elmi fəaliyyət və keyfiyyət göstəricilərini yüksəltmək, peşəkar kimi formalaşmasına dəstək verməkdən ibarətdir.
Layihənin üç istiqamətdə reallaşdırılması nəzərdə tutulur. Birinci istiqamət üzrə müraciət edən gənclər BŞTİ-nin Ümumi təhsil, İnsan resursları, İnformasiya təminatı, İnkişaf layihələri, Maliyyə və mühasibatlıq, Keyfiyyətə nəzarət, İctimaiyyətlə əlaqələr, Hüquq, Təminat və təchizat, Ümumi sektorlarında, Təlimə Dəstək Mərkəzi, xidmət bölmələri və təhsil müəssisələrində könüllü kimi fəaliyyət göstərmək imkanı qazanacaqlar.
İkinci istiqamət təhsilin müxtəlif sahələri üzrə araşdırma və tədqiqatların aparılmasında birbaşa iştirak etmək arzusunda olan gənclər üçün nəzərdə tutulur. Bu istiqamət üzrə müraciət edən gənclər onlara təqdim olunmuş müvafiq mövzular üzrə tədqiqata cəlb olunacaqlar. Üçüncü istiqamət üzrə müraciət edən şəxslər isə BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərində könüllü kimi fəaliyyət göstərmək və idarəetmə təcrübəsi qazanmaq imkanı əldə edəcəklər.
Hər üç istiqamət üzrə layihədə iştirak edən könüllülər üçün fərdi və peşəkar inkişaf, təhsilin müxtəlif sahələri, təhsilin idarəedilməsinə dair təlimlərin təşkili nəzərdə tutulur. Layihədə iştirak etmək arzusunda olan tələbə və məzun gənclər martın 5-dək CV formasını və niyyət məktubunu (layihədə iştirak etmək istədiyi istiqaməti və səbəbini göstərməklə) konullu@baku.edu.gov.az elektron ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər. Layihəni uğurla başa vuran könüllü gənclərə BŞTİ tərəfindən müvafiq təsdiqləyici sənəd təqdim olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb
30.03.2020
31 Mart soyqırımı – qanla yazılan tarix!
29.03.2020
DİM tərəfindən keçirilən onlayn sınaq imtahanları pulsuz olacaq
29.03.2020
Martın 30-u üçün teledərslərin cədvəli müəyyənləşdirilib
29.03.2020
Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info