Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
Tarix: 21.02.2020 | Saat: 16:11:00 | E-mail | Çapa göndər




“Birgə Bəyannamə ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edərək, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir”


Prezident İlham Əliyevin İtaliyaya səfəri yalnız Azərbaycan ictimaiyyəti tərəfindən deyil, elə Avropanın aparıcı ölkələrindən olan İtaliyada da diqqətlə izlənilərək maraqla qarşılandı. Prezidentin keçirdiyi görüşləri işıqlandıran İtaliya mətbuatı iki ölkə arasında qurulan əlaqələrin sıx tellərlə bir-birinə bağlı olduğunu yazır. Bu əlaqələrin səfər zamanı bağlanan müqavilələr, imzalanmış sənədlərlə daha da möhkəmlənəcəyi qeyd edilir. Elə Azərbaycanda bu cür düşünürlər, politoloqlar səfərin əhəmiyyətini yüksək qiymətləndirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərini “Palitra”ya şərh edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov səfərin önəmi ilə bağlı bunları dedi: “Bu səfər Azərbaycan-İtaliya münasibətlərinin tarixində ən yüksək nöqtədə yüksəldiyi bir dövrə təsadüf edir. Səfərin 2020-ci ilin ilk aylarına təsadüf etməsi də anidən baş vermiş bir hadisə deyil. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara yaxın olub. Bu, kifayət qədər ciddi rəqəmdir. Bundan başqa İtaliya xam neftə olan tələbatının 15 faizindən çoxunu Azərbaycan vasitəsiylə ödəyir. Bu, Azərbaycanın İtaliyanın enerji təchizatında oynadığı mühüm rolu göstərir. İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb, Azərbaycan isə İtaliyaya 135 milyon dollar investisiya qoyub”. Azərbaycanın İtaliya şirkətlərinin Bakıda müxtəlif seqmentlərdə təmsil olunmağında maraqlı olduğunu deyən ekspert ölkə başçısı İlham Əliyevin də Roma səfərində bu məsələyə toxunduğunu xatırlatdı: “Həmçinin, Azərbaycanın Xəzər dənizi hövzəsində yerləşməsi İtaliyanın Aralıq dənizi və Xəzəri əhatə edən yeni layihələr və infrastruktur işləri görməyinə maraq yaradır. Azərbaycan da Aralıq dənizində geoloji və sair sahələrdə birgə fəaliyyətə maraqlıdır. Bundan başqa, TAP-da da işlər artıq yekunlaşmaq üzrədir. Azərbaycan və İtaliya arasında mədəni sahədə də böyük əməkdaşlıq mövcuddur. Avropanın ən köklü dövlətlərindən olan İtaliyada 2020-ci ilin “Azərbaycan ili” elan olunmağı böyük diplomatik uğurdur”. Azərbaycan və İtaliya arasında imzalanan Birgə Bəyannamənin önəmini vurğulayan politoloq qeyd etdi ki, bu sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edərək, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Digər təfədən özlüyündə Birgə Bəyannamə Avropanın Qarabağla bağlı mövqeyində də qətiyyətə səbəb olacaq: “Birgə Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb.

“Avropanın ən köklü dövlətlərindən olan İtaliyada 2020-ci ilin “Azərbaycan ili” elan olunmağı böyük diplomatik uğurdur”


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub. İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəklədiyini bir daha söyləyib. Nəzərə alaq ki, 2010-cu ilin fevral ayının 16-da İtaliya senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul etmişdi. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verilməsinin vacibliyi öz əksini tapırdı. Senat Yeni Avropa xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləmişdi. Qətnamədə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Bu qətnamə ilə İtaliya Senatı öz hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının bütün qətnamələrinin, qərarlarının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsini tapşırırdı. Dünən ölkə başçılarının görüşündə İtaliya Prezidenti bir daha kəskin mövqe ortaya qoydu. 2006-cı ilin noyabr ayında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin mart ayında Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı haqqında bəyannaməsi strateji prioritetlərimiz sırasındadır və bu baxımdan Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə, o cümlədən İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır”. Azərbaycanla İtaliya arasında digər sahələrin, tələbə mübadiləsinin və turizm potensialının daim müzakirə olunduğunu söyləyən ekspert bu sahədə də ciddi irəliləyişlər müşahidə olunacağını söyləyib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı əks olunub - VİDEO
04.04.2020
AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04.04.2020
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03.04.2020
Avstraliya işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər“i tanımır
03.04.2020
“Separatçı rejimin keçirdiyi “seçkilər“ təkcə mənasız deyil, həm də təhlükəlidir“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info