“Paşinyan beynəlxalq aləmdə Ermənistanı rüsvay edir”
Tarix: 21.02.2020 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


«Qolos Armenii»: “Dünya ölkələrinin rəhbərləri beynəlxalq auditoriya qarşısında etdikləri çıxışlarında öz ölkələrinin uğurlarını vurğuladıqları halda Paşinyan ölkəsini yox, öz imicini düşünür”

Dünyanın heç bir yerində korrupsiyaya qarşı mübarizə reklam olunmur. Çünki bu, dövlət üçün incə məsələ olduğundan onun ən əhəmiyyətli nəticələri elan edilir. Korrupsiyaya qarşı mübarizədə reklamın Ermənistana şamil edilmədiyni yazan «Qolos Armenii» mövzu ilə bağlı danışmağı baş nazir Nikol Paşinyanın ən sevimli mövzularından biri olduğunu bildirir.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın «Gazeta.ru» saytı Ermənistandakı «məxməri inqilab»dan sonra «korrupsiyaya qarşı mübarizə» nəticəsində 105 milyon dolların dövlət xəzinəsinə qaytarıldığı barədə məlumat yaymışdı. Erməni mediası da bu mövzunu qabardaraq yerli oxuculara çatdırmışdı. Erməni mətbuatı korrupsiyada adı hallanan sabiq hakimiyyət nümayəndələrinin məsuliyyətə cəlb edilməsini təqdirəlayiq hesab etsələr də, bəzi məqamların üstündən sükutla keçmişdilər. Belə ki, 105 milyon dollar Ermənistanda tuğyan edən korrupsiya sistemini tam şəkildə ifadə etmir. Sayt «korrupsiyaya qarşı mübarizə» adı altında baş nazirin Ermənistanın «imic»inə vurduğu mənfi zərbələrə diqqət çəkir. Qeyd edilri ki, baş nazir «Ermənistanın korrupsiyaya qarşı mübarizədə əldə etdiyi uğur»la bağlı beynəlxalq görüşlərdə də danışmağı xoşlayır. Bunu baş nazirin səriştəsizlyi kimi dəyərdləndirən sayt, başqa dövlətlərin nümunəsini Paşinyana xatırladaraq yazır: «Maraqlıdır, dünya ölkələrinin əksər rəhbərləri beynəlxalq auditoriya qarşısında etdikləri çıxışlarında öz ölkələrinin uğurlarını vurğuladıqları halda, niyə Paşinyan Ermənistanı rüsvay edir? Bəlkə bu taktika Paşinyanın, öz ölkəsindən daha çox öz imicini qorumağa hesablanıb? Dövlətin həqiqi lideri üçün bu məqbuldurmu? Bu gün Ermənistanda sistemli korrupsiyanı tamamilə aradan qaldırdığını söyləməyi xoşlayan Paşinyan bundan sonra sistemsiz korrupsiyayaya qarşı da mübariz olacağını bildirir».
Xatırlatmaq yerinə düşər ki, Paşinyanın özünü «korrupsiyaya qarşı mübariz» kimi qəlmə verməsinə baxmayaraq, «Transparency International» təşkilatının son açıqlamasında Ermənistan hələ də ən korrupsioner ölkələr sırasında yer almaqdadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Erməınistana göndərilən pul köçürmələri azalacaq
07.04.2020
Ermənistanda 850-dən çox koronavirusa yoluxan var
07.04.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 850 nəfəri ötdü
07.04.2020
Rusiyada son sutkada mindən çox şəxs koronavirusa yoluxdu, 11 nəfər öldü
07.04.2020
Qırğızıstanda 19 səhiyyə işçisi koronavirusa yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info