Türkiyə mediası: “Azərbaycan İtaliya üçün bölgədə dost və tərədaş ölkədir”
Tarix: 21.02.2020 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


2020-ci il 20-21 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri baş tutub. Dövlətlər arasında ikitərəfli münasibətlər kontekstində dövlət səfəri səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir.
Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Bu, Azərbaycan dövlət başçısının İtaliyaya ilk dövlət səfəridir. Eyni zamanda bu səfər 2020-ci ildə İtaliyaya xarici dövlət başçıları tərəfindən edilən ilk dövlət səfəridir ki, bu da dövlətimizə və onun dövlət başçısına göstərilən xüsusi diqqətdən irəli gəlir. Bu səfərin müstəsna əhəmiyyəti vardır. Səfər zamanı Azərbaycanın dövlət başçısına misli görünməmiş ehtiram və xüsusi diqqət göstərilmişdir. Belə ki, fevralın 20-də Romada Kuirinale Sarayında (Prezident Sarayı) rəsmi qarşılanma mərasimi zamanı Prezident İlham Əliyevi süvari dəstəsi müşayiət etmiş, onun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşılamışlar. Bununla yanaşı, Azərbaycan Prezidenti və Birinci xanımı həmin gün Romada “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət edərkən dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüş, mərkəzi meydan avtomobillərin hərəkəti üçün bağlanmışdır.
Prezident İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri xarici mətbuatın gündəmindədir. Ölkə başçısının bu səfəri qonşu Türkiyə mətbuatında, o cümlədən “Memleket.com.tr”, “Pusulahaber.com.tr”, “Trtavaz.com.tr” və digər internet saytlarında da geniş işıqlandırılıb.
“Yenihaberden.com” saytında dərc edilən “Azerbaycan Cumhurbaşkanı İlham Alıyev İtalyada” başlıqlı yazıda ölkə başçısının bu ölkəyə səfəri, keçirilən görüşlərlə bağlı geniş məlumat verilir.
Məqalədə göstərilir ki, səfər çərçivəsində rəsmi ziyarət üçün Romaya gələn Azərbaycan Prezidenti İlham Əliyev ilk olaraq Romadakı Kuirinale Sarayında həmkarı Sercio Mattarella ilə görüşüb. İki lider görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycanın İtaliya üçün bölgədə dost və tərəfdaş ölkə olduğunu bildirən Sercio Mattarella vurğulayıb ki, biz artıq apardığımız danışıqlar nəticəsində bir neçə məsələni qeyd etdik, burada İtaliya ilə Azərbaycan arasında olan əlaqələri xüsusilə vurğuladıq: “Yalnız enerji sahəsində deyil, həmçinin digər sahələrdə, həm siyasi, həm mədəni sahələrdə olan əlaqələri vurğuladıq. Burada müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı Birgə Bəyannamə qeyd olundu. Cənab Konte və cənab Prezident tərəfindən imzalanan bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün sahələrdə inkişafına təkan verəcək. Bundan başqa, cənab Prezident və bütün hökumət ölkənin iqtisadi-siyasi həyatının şaxələndirilməsi ilə bağlı bir çox planlar reallaşdırır. Biz bu işə dəstək olmaq üçün hər zaman hazırıq. Bugünkü görüşlər zamanı bir neçə sahə üzrə imzalanmış sazişlər mübadilə olunacaq. Bu, bizim iqtisadi, siyasi sahələrdə inkişaf edən əməkdaşlığımızın bariz göstəricisidir. Bundan əlavə, Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək istərdim. Artıq TAP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq. Bundan başqa, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq”.
Məqalədə həmçinin qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev TAP layihəsinin reallaşmasına göstərdiyi dəstəyə görə Mattarellaya təşəkkür edərək bildirib ki, TAP layihəsinin icrası 92 faizə çatıbdır və TAP layihəsi Cənub Qaz Dəhlizinin dördüncü və sonuncu layihəsidir: “Bundan əvvəl üç layihə icra edilmişdir. Cənub Qaz Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha beş ölkə, bütövlükdə yeddi ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək”. Dağlıq Qarabağ münaqişəsinə də toxunan İlham Əliyev
bildirib ki, münaqişənin həlli daha öncə qəbul edilmiş BMT qətnamələri əsasında reallaşmalıdır: “O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
Məqalədə həmçinin qeyd edilir ki, Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə İtaliya arasında elm-təhsil, tələbə mübadiləsi, turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Türkiyə beynəlxalq təşkilatları Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot etməyə çağırıb
30.03.2020
Rusiya Azərbaycana koronavirusun laborator diaqnostikası üçün 70 test sistemi təhvil verib
30.03.2020
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO
29.03.2020
Türkiyədəki Azərbaycan vətəndaşlarının üzləşdiyi məsələlərin həllinə dəstək verilir
29.03.2020
Milli Məclisdə ilk dəfə videokonfrans keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info