Amerikalı alim: Ətrafda qiyamət qopur, Azərbaycanda isə sakitlikdir
Tarix: 21.02.2020 | Saat: 19:38:00 | E-mail | Çapa göndər



Mən Azərbaycana Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə gəlmişəm. Azərbaycan çox maraqlı ölkədir. Burada ilk dəfə 2004-cü ildə olmuşam. İndi ikinci dəfə səfər edirəm. Artıq 15 il keçib. Azərbaycan sürətlə inkişaf edir və daha da varlanıb. Budəfəki səfərimdə əhalinin əlvan mozaikasını daha yaxşı başa düşdüm və öyrəndim. Onların münasibəti çox nəzakətli və mehribandır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ariel Universitetinin professoru, Holokostu Öyrənmə Mərkəzinin direktoru Kiril Feferman Rusiya dağ yəhudilərinin “STMEGI.com” informasiya portalına eksklüziv müsahibəsində deyib. Azərbaycanın təkcə Qafqazda deyil, həm də bir çox digər ölkələr üçün örnək olduğunu vurğulayan K.Feferman deyib: “Burada millətlərarası münasibətlər harmonikdir. Ətrafda qiyamət qopur, Azərbaycanda isə sakitlikdir. Allah eləsin, belə vəziyyət sonsuzadək davam etsin. Mən bu dəfə Qubada (o cümlədən Qırmızı Qəsəbədə) və Xaçmazda oldum. Biz dağ yəhudilərinin və ləzgilərin necə yaşadıqlarına baxdıq. Çox maraqlı idi. Bir tarixçi və keçmiş sovet adamı kimi, bəzi mətləbləri bilirdim. Azərbaycanda yəhudi mədəniyyətinin dəyərlərindən çoxunu qoruyub saxlamaq mümkün olub”.

Alimin fikrincə, Azərbaycan ilə İsrail arasında tam bir sıra mühüm məsələlərə dair ümumi maraqlar mövcuddur. Elə bunun özü yaxınlaşma üçün ciddi amildir. O deyib: “Qayğısız keçmiş başqa bir məqamdır. İstər başqa dövlətlər, istərsə də başqa xalqlar arasında belə “kapitala” çox nadir hallarda təsadüf olunur. Fikrimi diplomatik dillə ifadə etsəm, münasibətlər yaxşıdır, lakin onların daha böyük inkişaf potensialı var... Mən bir tarixçi kimi, postsovet məkanında antisemitizm təzahürlərini müşahidə edirəm, fərdi və qrup səviyyələrində belə həyəcanlar bir çox ölkələrdə yaşanır... Antisemitizm ilə əlaqədar Azərbaycan barədə deməyə sözüm yoxdur. Ölkə təmiz vərəq kimidir və monitorinqlə məşğul olduğum bütün dövr ərzində bu ölkədə antisemitizm təzahürləri barədə heç nə eşitməmişəm. Bu, təkcə hökumətin siyasətinin deyil, - halbuki bu da mühüm elementdir, - həm də yerli əhalinin yetərincə tolerant olmasının təsdiqidir. Yekun nəticə, şəksiz ki, müsbətdir. Bu, həmçinin müdrik dövlət siyasətinin nəticəsidir”.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
“65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox”
30.03.2020
Asim Vəliyev: “Həmrəylik göstərərək dövlətə problemin öhdəsindən gəlməyə yardımçı ola bilərik”
30.03.2020
Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
30.03.2020
Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir
30.03.2020
31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info