Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
Tarix: 21.02.2020 | Saat: 22:40:00 | E-mail | Çapa göndər



Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, fevralın 21-də keçirilmiş İtaliya-Azərbaycan biznes forumu yerli mətbuatda geniş işıqlandırılıb. Məqalələrdə qeyd olunur ki, İtaliya tərəfi bu forumdan böyük nəticələr gözləyir. Romada imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, habelə çoxsaylı biznes anlaşmaları nəinki İtaliyanın idxal etdiyi xam neft və təbii qaz mənbələrinin şaxələndirilməsinə, həm də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək. Azərbaycanın kənd təsərrüfatı, infrastruktur, turizm, tekstil, şərabçılıq, nəqliyyat və digər sahələrinə yatırılan italyan sərmayələri artacaq.

Hazırda 100-dən çox italyan şirkəti Azərbaycanla əməkdaşlıq edir. İtaliya tərəfdən biznes foruma rəhbərlik edən Xarici İşlər naziri Luiji Di Mayo vurğulayıb ki, bu görüş siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi yolunda atılan növbəti addımdır. Son 10 ildə İtaliyanın Azərbaycandan məhsul idxalı 55,5 milyon avro təşkil edib. Biznes forumda iştirak edən italyan şirkətləri müxtəlif sahələr - nəinki neft və qaz sahəsi, eləcə də digər sahələr üzrə fəaliyyət göstərirlər. Bu şirkətlərin əlaqələrimizin inkişafına dəstək verməsi gözlənilir. Son 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri 7 milyard avro təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışı İtaliya mətbuatında geniş şərh olunub. Dövlət başçısı çıxışında əsas vəzifənin ticarət əlaqələrinin şaxələndirilməsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev deyib ki, qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məhz belə imkanlar yaradacaq. Habelə TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Türkiyə beynəlxalq təşkilatları Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot etməyə çağırıb
30.03.2020
Rusiya Azərbaycana koronavirusun laborator diaqnostikası üçün 70 test sistemi təhvil verib
30.03.2020
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO
29.03.2020
Türkiyədəki Azərbaycan vətəndaşlarının üzləşdiyi məsələlərin həllinə dəstək verilir
29.03.2020
Milli Məclisdə ilk dəfə videokonfrans keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info