“Könüllülük fəaliyyəti həm də bir təcrübədir”
Tarix: 24.02.2020 | Saat: 18:28:00 | E-mail | Çapa göndər



Fidan Əmirzadə:
“Gələcəkdə könüllü gənclərin dövlət təşkilatlarında işləmə imkanlarının, şanslarının digərlərinə nisbətdə daha çox olduğunu düşünürəm. Çünki, ictimai fəaliyyəti olan hər bir tələbə kollektivdə işləməyi bacarır”


Müsahibimiz Azərbaycan Texniki Universitetinin tələbəsi, könüllü gənc Fidan Əmirzadədir.

- Özünüz haqqında məlumat verərdiniz. Necə oldu Azərbaycan Texniki Universitetində təhsil almaq qərarı verdiniz?

- Mən, Fidan Əmirzadə 21.02.2001-ci ildə Bakı şəhərində anadan olmuşam. 2018-ci ildə I. Əbilhəsənov adına 42 saylı tam orta məktəbi bitirib Azərbaycan Texniki Universitetinə qəbul olmuşam və hazırda burada Biotibbi texnologiya mühəndisliyi ixtisasının sirlərini öyrənirəm. Bu universitetə və ümumilikdə belə bir ixtisasa marağa gəldikdə isə daha əvvəl də bu ixtisas haqqında maraqlanmışdım və seçim etdikdə də Azərbaycan Texniki Universitetinin hazırda təhsil aldığım ixtisasını seçdim.


“Azərbaycanda intellektual, vətənpərvər, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan gənclik yetişir”



Ümumilikdə universitetdəki mühitdən, yəni tələbə-müəllim münasibətlərindən, tədrisin səviyyəsindən razıyam. Müəllimlərimiz öz işlərinin peşəkarıdırlar və hər zaman dərsləri ətraflı izah etməklə həmin dərsi tam öyrənməyimizə köməklik edirlər.

- Bildiyiniz kimi bu il Azərbaycanda “Könüllülər ili” elan edilib. Könüllülük fəaliyyətinə dəstək verən bir tələbə kimi bu qərarı necə dəyərləndirirsiniz? Ümumiyyətlə, könüllülük sizin üçün nə deməkdir?

- Düşünürəm ki, könüllülərin fəaliyyəti hər zaman aktual olub, cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biri bu olub ki, tələbə və ümumilikdə gənclərimiz könüllü kimi ayrı-ayrı beynəlxalq tədbir və yarışlara böyük töhfələr verirlər. Bu mənada 2020-ci ilin könüllülərə həsr edilməsi də çox sevindiricidir. Könüllülük fəaliyyəti təqdir edilir, hətta bildiyim qədəri ilə bir çox gəncin sonrakı iş fəaliyyətində əvvəllər könüllü kimi fəaliyyəti böyük rol oynayıb. Könüllülük səmimi qəlbdən gələn bir fəaliyyətdir, müxtəlif sahələrdə bu cür fəaliyyəti gənclərimizin qarşılıq gözləmədən könüllü şəkildə etdiyi yaxşılıq kimi dəyərləndirirəm.

- İctimai xidmətlər sektorunda könüllülərin ilbəil artmasını necə dəyərləndirirsiniz? Məsələn, gələcəkdə bu fəaliyyətdə olan gənclərin dövlət təşkilatlarında işləmə imkanları, şansları çoxdurmu?

- Əlbəttə. Qeyd etdiyim kimi könüllülük fəaliyyəti həm də bir təcrübədir və gələcəkdə iş imkanlarını, hazırlanan CV-də üstünlüyünüzü artırır. Gənclərin könüllülk fəaliyyətinə axın xeyli çoxalıb. Çox gözəl haldır ki, könüllülər sayı ilbəil artır. Bu, həmçinin insanların bir-birinə daha çox yardım edib, yardımlaşması deməkdir. Bəli, gələcəkdə bu gənclərin dövlət təşkilatlarında işləmə imkanlarının, şanslarının digərlərinə nisbətdə daha çox olduğunu düşünürəm. Çünki, ictimai fəaliyyəti olan hər bir tələbə kollektivdə işləməyi bacarır.

- Universitetdaxili və digər ictimai işlərdə necə, aktivsinizmi? Ümumiyyətlə Azərbaycan gəncliyinin hazırkı durumunu necə dəyərləndirirsiniz?

- Bəli, təhsilimə ciddi yanaşmaqla bərabər ictimai işlərdə də aktiv olmağa çalışıram.
Azərbaycan gənclərinin hazırkı durumu, təhsilə maraq, asudə vaxtlarının təşkilinə gəldikdə isə düzü hazırkı durum məni qane etmir. Məncə, gənclərimiz asudə vaxtlarını daha səmərəli keçirə bilərlər. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, gənclərimizin çoxu vaxtının böyük hissəsini yetəri qədər səmərəli keçirmir. Ümumilikdə, Azərbaycanda intellektual, vətənpərvər, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan gənclik yetişir. Bu da müsbət haldır. Çünki yaşadığımız dünyada texnologiyalar, qloballaşma kimi amillər ilk növbədə mənfi yöndən gənclərə təsir edir. Vətənpərvərlik hiss güclü olan Azərbaycan gənclərinin bu sahədəki durumunu qənaətbəxş saymaq olar.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, virusa görə 45 mindən çox test keçirib”
06.04.2020
Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
03.04.2020
“Petkim”in mövcudluğu Türkiyə üçün qürur mənbəyidir
02.04.2020
“Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
01.04.2020
Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info