“Güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”
Tarix: 26.02.2020 | Saat: 11:44:00 | E-mail | Çapa göndər


"Bakı" Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Amma güclü külək regionların enerji təsərrüfatına ciddi ziyan vurub”. Bunu açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, güclü külək evlərin dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb:
"Ötən gecə Bərdə rayonunda güclü küləyin təsiri nəticəsində elektrik veriliş xətlərinin birində açılma baş verib. Həmçinin Ağcabədi və Şəki rayonlarında da çox güclü külək dayaqları aşırıb, qabaqlayıcı tədbirlər nəticəsində qəzaların sayı azalıb, 10kv xətlərdə qısa qapanmalar baş verməmiş, külək sakitləşdikcə baş vermiş qəzalar operativ aradan qaldırılıb. Hazırda Ağcabədi rayonunda 4-5 kəndin elektrik təchizatının təminatı ilə əlaqədar qəzanın nəticələri aradan qaldırılır".
"Azərişıq" sözçüsü əlavə edib ki, təmsil etdiyi qurum baş verən qəzaların nəticələrini aradan qaldırmaq üçün lazımi sayda mal-material və avadanlıq cəlb edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.04.2020
“Qabaqlayıcı tədbirlər sahibkarlara böyük dəstək olacaq”
02.04.2020
“İnanıram ki, sahibkarlarımız dəstək proqramlarından səmərəli istifadə edəcəklər“
01.04.2020
Operativ tədbirlər iqtisadiyyatda inkişaf dinamikasının qarantıdır
01.04.2020
Tikinti ilə əlaqədar xidmətlərə görə dövlət büdcəsinə vəsait ödəniləcək
01.04.2020
G-20-nin ticarət nazirləri qlobal ticarət və sərmayələri müzakirə etdilər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
2 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
3 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
4 Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
5 Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info