“Azərbaycan və Türkiyənin həmrəyliyi, siyasi vahidliyi digər müttəfiq ölkələrə də örnək olmalıdır”
Tarix: 26.02.2020 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclasın yekunları ilə bağlı SM-in baş məsləhətçisi, politoloq Tural İsmayılov saytımıza açıqlamasında bunları bildirib:
“Bu gün qlobal siyasi kataklizmlər(Suriya, Liviya və s. böhranlar), humanitar fəlakətlər (Koronovirus) yaxın siyasi müttəfiqlərin daha da vahid mövqe qoymağını tələb edir. Dünyada vahid siyasi güc nümayişi çağdaş siyasi nəzəriyyələrin də əsasını təşkil edir. Hazırda Türkiyə Suriya məsələsiylə bağlı, eyni zamanda Liviya və Aralıq dənizi hövzəsi ilə bağlı beynəlxalq siyasi maraqların nəzərindədir. Həmçinin, TANAP layihəsi, ölkə başçısı İlham Əliyevin Almaniyada Münxen konfransında səsləndirdiyi bəyanatlar, İtaliya və Vatikana mühüm səfərlər və imzalanan sazişlər ilə Azərbaycan da qlobal aktorların ciddi maraq dairəsinə daxil olub. Bütün bu hadisələrin fonunda Azərbaycan və Türkiyə Strateji Əməkdaşlıq Şurasının VIII iclası fonunda imzalanan sazişlər, iki ölkə rəhbərinin bəyanatları çox önəmlidir.”
Tural İsmayılov qeyd edib ki, Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatır:
“Təkcə ötən il ticarət dövriyyəmiz 4 milyarddan çox olub. Türkiyə firmaları 14 milyard dəyərində 400-dən çox layihəni məhz Azərbaycanda həyata keçirirlər. Həmçinin, bütün beynəlxalq platformalarda Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ölkəmizi müdafiə edir. Dünənki görüşdə də Ərdoğanın Xocalı soyqırımı və Qarabağ məsələsiylə bağlı kəskin və tələbkar çıxışı bu kontekstdə Türkiyənin problem həll olana qədər Azərbaycanla birgə olacağını həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Türkiyə ilə təhsil, səhiyyə, mədəniyyət sahələrində bir çox ortaq sazişi mövcuddur. Dünən fərqli sahələri əhatə edən mühüm sazişlər imzalandı. Bundan başqa TANAP layihəsi və digər irimiqyaslı layihələrdə də Azərbaycan-Türkiyə partnyorluğu əvəzolunmazdır. Azərbaycan hərbi sahədə Türkiyə ilə daim təcrübə mübadiləsi aparır. İki ölkə həm ordu quruculuğu sahəsində, həm də müdafiə sənayesi ilə bağlı önəmli layihələri icra edirlər, birgə təlimlər keçirirlər. Azərbaycan və Türkiyənin həmrəyliyi, siyasi vahidliyi digər müttəfiq ölkələrə də örnək olmalıdır.”
Politoloq vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən güclü nümunədir.




 
Bölməyə aid digər xəbərlər
02.04.2020
Uğurlu Aprel döyüşlərinin ildönümüdür
01.04.2020
Almaniya Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımır
01.04.2020
Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” Monteneqro mətbuatında pislənilib
01.04.2020
Moldova Dağlıq Qarabağda keçirilən «seçkiləri» qanunsuz sayır
01.04.2020
Səfirlik: Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağdakı “seçkilər”i tanımır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
2 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
3 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
4 Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
5 Dövlət Turizm Agentliyinin sədri turizm sənayesinin nümayəndələrinə müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info