Uşaq evləri və internat məktəblərinin məzunları üçün yaşayış binası
Tarix: 26.09.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binası istifadəyə verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar binanın açılış mərasimində iştirak ediblər. Mehriban Əliyeva binanın rəmzi açılışını bildirən lenti kəsib.
Mənzillərlə tanışlıq zamanı məlumat verilib ki, valideyn himayəsindən məhrum bir qrup yeniyetmə Dövlət Neft Şirkəti yanında texniki peşə məktəblərində təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Hər zaman dövlətin qayğısı ilə əhatə olunan bu gənclərin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Bildirilib ki, yeni inşa olunan yaşayış binası artıq bir neçə ildir ki, ARDNŞ-in istehsalat sahələrində çalışan və əməkdə fərqlənən ailə qurmuş gənclər üçün nəzərdə tutulub. Karkas tipli dəmir-beton konstruksiyalı binada 68 mənzil var. Mənzillərdən 34-ü bir otaqlı, 32-si ikiotaqlı, qalanları isə 3 otaqlıdır. Mənzillər məişət avadanlığı, mətbəx, yataq, qonaq otağı mebel dəstləri ilə, soyuducu, qaz sobası, paltaryuyan maşınla təchiz edilib. Binanın həyətyanı ərazisi yaşıllaşdırılıb, uşaq oyun meydançaları qurulub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, qızları Leyla və Arzu Əliyevalar yeni mənzil alan gənclər - Elşən Kazımov və Sadir Tahirovun ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında söhbət ediblər. Mehriban xanım Əliyeva yeni ev sahiblərinin həyat şəraiti, sosial durumları və qayğıları ilə maraqlanıb. Bildirib ki, bu cür layihələrin icrası bundan sonra da diqqət mərkəzində saxlanılacaq. Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında da iştirak ediblər. Bildirilib ki, yenidənqurma işləri nəticəsində bu məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün yüksək şərait yaradılıb. Burada 2 yaşdan 6 yaşadək olan 240 uşağın təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Üç korpusdan ibarət bağçada on iki qrup fəaliyyət göstərəcək. Uşaqların zövqünə uyğun qurulan otaqlar onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün oyuncaqlar, kitablar və digər zəruri ləvazimatlarla təchiz olunub.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2019
Litva portalında Azərbaycanda və bu ölkədə törədilmiş faciəli yanvar hadisələri arasındakı oxşarlıqdan bəhs olunub
20.01.2019
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2019
Özbəkistan portalı: 20 Yanvar - Azərbaycan xalqının vətənpərvərlik və qəhrəmanlıq günü
20.01.2019
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info