Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Dənizli şəhərində də anılıb
Tarix: 26.02.2020 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Dənizli şəhərində silsilə tədbirlər keçirilir. Tədbirlərə fevralın 24-də Türk Egitim Vəqfi Anadolu Liseyində keçirilən anım mərasimi ilə start verilib.
Fevralın 26-da isə Dənizlidəki Azərbaycan Qarabağ Parkında yerləşən Xocalı Soyqırımı abidəsi ziyarət olunub. Dənizli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən anım mərasimi zamanı abidənin önünə əklil qoyulduqdan sonra soyqrımı qurbanlarının xatirəsi anılıb, Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub. Mərasimə Türkiyənin tanınmış sənətçisi, rejissor və dramaturq, məhşur "Səksənlər" filminin rejissoru Müfit Can Saçıntı da qatılıb.
Mərasimdə çıxış edən Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan bildirib ki, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı bütün türklərin ağrısıdır. Türkiyənin hər yerində olduğu kimi, Dənizlidə də Xocalı soyqırımının qurbanlarının xatirəsinin uca tutulduğunu, hər il bu parkda anım mərasiminin keçirildiyini deyən sədr əlavə edib ki, Dənizlinin mərkəzi bölgəsində yerləşən və böyük bir ərazini əhatə edən Qarabağ parkını ziyarət edən hər bir insan Dağlıq Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatlar əldə edə bilir.
Onu da qeyd edək ki, Dənizli Böyükşəhər Bələdiyyəsinin sədrinin təsdiqlədiyi proqrama əsasən anım tədbiri İbrahim Cinkaya Sosial Bilimlər Liseyində "Xocalı soyqırımı" adlı konfransın keçirilməsi ilə davam edib.
Konfransda geniş məruzə ilə çıxış edən Türk Egitim Vəqfi Anadolu Liseyinin tarix müəllimi, uzun illər Xocalı soyqırımı haqqında həqiqətlərin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərən Sedat Sərdaroğlu Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat verib. Çıxışda o da bildirilib ki, son iki əsr ərzində ermənilər zaman-zaman türklərə, eyni zamanda azərbaycanlılara qarşı amansız terror və soyqırımı aktları həyata keçiriblər.
Mərasim zamanı iştirakçılara Azərbaycanda nəşr edilən, Xocalı soyqırımı və erməni terroru haqqında həqiqətlərin, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumatların əks olunduğu kitablar barədə də Dənizli Böyükşəhər Bələdiyyəsinin sədr müavini Ali Degirmençi, Mərkəzəfəndi valisi Adem Uslu, Dənizli Böyükşəhər Bələdiyyəsi Mədəniyyət və Turizm İdarəsinin rəisi Hudaverdi Otaklı, İbrahim Cinkaya Sosial Bilimlər Liseyinin müdiri Hayrulah Akgün və Mərkəzəfəndi mili təhsil idarəsini müdiri Adem Kılıçın təqdimatı ilə məlumat çatdırılıb.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Erməınistana göndərilən pul köçürmələri azalacaq
07.04.2020
Ermənistanda 850-dən çox koronavirusa yoluxan var
07.04.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 850 nəfəri ötdü
07.04.2020
Rusiyada son sutkada mindən çox şəxs koronavirusa yoluxdu, 11 nəfər öldü
07.04.2020
Qırğızıstanda 19 səhiyyə işçisi koronavirusa yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info