Türkiyə Xocalı qətliamını və Azərbaycan torpaqlarının işğalını kəskin şəkildə qınadığını bildirdi
Tarix: 26.02.2020 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətliamının 28-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı qətliamının 28-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Ermənistan silahlılarının 1992-ci il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə hücumu nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, ümumilikdə, 613 mülki azərbaycanlı qəddarcasına qətlə yetirilib, yüzlərlə insan yaralanıb. Mindən çox insan Ermənistan tərəfindən əsir götürülüb. İtkin düşənlərin taleyi barədə hələ də məlumat yoxdur. Mülki əhaliyə qarşı törədilən insanlığa yaraşmayan bu faciə daxil olmaqla, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq ölkələrində qaçqın kimi yaşamaqdadır. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır.
Açıqlamada deyilib ki, Xocalı qətliamını və Azərbaycan torpaqlarının illərdir işğal altında saxlanmasını kəskin şəkildə qınayırıq. Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısını dərindən bölüşürük. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına ən səmimi başsağlığı diləklerimizi bir daha təqdim edirik.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
İranda koronavirusdan ölənlərin sayı 2757-yə çatıb
30.03.2020
Dünyada koronavirusa yoluxanların sayı 723 mini keçib
30.03.2020
Koronavirusla bağlı Qərbin vəziyyəti
30.03.2020
Koronavirusla bağlı Şərqin vəziyyəti
30.03.2020
Koalisiya qüvvələri Kərkük şəhərindən çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info