Xocalı soyqırımı Misir mətbuatında
Tarix: 26.02.2020 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun Misir Ərəb Respublikasının geniş oxucu auditoriyasına malik nüfuzlu "www.asiaelyoum.com" xəbər portalında Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş «“Qanlı faciə”.. Xocalı qətliamından ötən 28 il» başlıqlı məqaləsi dərc olunub.
Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin ağır hərbi texnika ilə Xocalı şəhərinə daxil olaraq şəhərin dinc sakinlərini amansızca qətlə yetirməsindən bəhs olunub. Bildirilir ki, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, 8 ailə məhv edilib, yüzlərlə dinc mülki insan xəsarət alıb, 1275 nəfər girov götürülüb, eləcə də şəhər viran edilib, yaşayış məskənləri və şəhərin infrastrukturu dağıdılıb.
Qeyd edilir ki, Xocalı faciəsinin dünya ictimaiyyətində tanıdılmasında görülən əməli işlərin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı, bir sıra dünya dövlətlərinin parlamentləri, o cümlədən Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya Herseqovina, Rumıniya, Çex Respublikası, İordaniya, Honduras, Panama və ABŞ-ın Kaliforniya, Texas, Cociya, Arkansas, Nyu-Meksika, İndiana, Florida və bir sıra digər ştatları tərəfindən Xocalıda törədilən qətliamın soyqırım kimi tanınmasına dair qətnamələr qəbul edilib.
Həmçinin, məqalədə Azərbaycan tarixində silinməz iz buraxan, XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımına dünya ictimaiyyətinin səssiz qalmamalarına, cinayətkarların cəzalanması və bütün dünya dövlətləri tərəfindən kütləvi soyqırım kimi tanıdılmasına çağırış edilir.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:



https://www.asiaelyoum.com/92482/2020/02/25/%d9%85%d8%a2%d8%b3%d8%a7%d8%a9-%d8%af%d8%a7%d9%85%d9%8a%d8%a9-%d9%85%d8%b1%d9%88%d8%b1-28-%d8%b9%d8%a7%d9%85%d9%8b%d8%a7-%d8%b9%d9%84%d9%89-%d9%85%d8%b0%d8%a8%d8%ad%d8%a9-%d8%ae%d9%88/?fbclid=IwAR06Sj5v9EK3a65WXe2gvD9tMYEH0OFkX2uYTuDbyUXMZgfhg1Brx1rwKSY




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub
07.04.2020
ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib
07.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb
07.04.2020
Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
07.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info