“Xarici investorlar Ermənistana sərmayə yatırmaqdan imtina edirlər”
Tarix: 26.02.2020 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “İnqilaba qədər ölkədə mövcud olan azsaylı investorlar da yeni erməni hakimiyyətinə olan inamsızlıq üzündən Ermənistanı tərk ediblər”

Erməni xalqına “müjdələr” verməkdə iddialı olan baş nazir Paşinyan yenə də ənənəsinə sadiq qalıb. Paşinyan bu dəfə yeni bir “müjdə” verərək hakimiyyətə gəldikdən sonra ölkədəki sənaye istehsalının artıq 109 faizə çatdığını bəyan edib. Amma onun bu müjdələrinə daha heç kim inanmır. Bir çox ekspert bunun əksini isbat etmək üçün Paşinyana sual edirlər: elektrik istehsalının azaldığı, yük daşımalarının hətta, ikiqat azaldığı, sənaye qiymətləri indeksinin dayandığı bir ölkədə sənaye artımı necə mümkündür?
«Qolos Armenii» saytının yazdığına görə, nə baş nazir Nikol Paşinyan, nə də Ermənistan iqtisadiyyatına cavabdeh olan hakim komanda üzvləri bu suala cavab verə bilmirlər. Sayt yazır: «İstənilən ölkədə sənayenin bərpası, ilk olaraq, ölkəyə qoyulan investisiya və ayrılan kreditlər hesabına təşəkkül tapır. İndi isə gəlin baxaq - inqilabdan sonra Ermənistana investisiya qoyan hər hansı bir investorla rastlaşan olubmu? Əksinə, inqilaba qədər ölkədə mövcud olan azsaylı investorlar da yeni erməni hakimiyyətinə olan inamsızlıq üzündən Ermənistanı tərk ediblər. Deməli, Ermənistanın «yüksəlməkdə» olan sənaye istehsalı investorlar tərəfindən «xəyanətə məruz» qalıb. Bu halda ümid ancaq bank kreditlərinə qalır ki, burada da bankirlər inamsızlıq üzündən «Ermənistan iqtisadiyyatı»nın real sektoruna daxil olmaqdan çəkinirlər. Təsadüfi deyil ki, Ermənistanda baş verən «məxməri inqilab»dan sonra ölkə sənayesinə kredit qoyuluşları 33 milyon dollar azalıb».
Ötən il Ermənistanda ÜDM artımı ilə bağlı səslənən rəqəmlərə şübhə edən sayt yazır: “Əslində, açıqlanan rəqəmi reallığa yaxın kimi qəbul etsək belə, burada ÜDM-in quruluşu baxımından əldə edilən “nailiyyəti” yüksəkkeyfiyyətli və uzunmüddətli artım kimi qəbul etmək doğru olmaz.


“Avropa ölkləri Ermənistanı məhsul idxal edilən ölkələr siyahısından çıxarmaqla ölkənin «ixrac potensialı»na sarsıdıcı zərbə vurublar”


Həmişə olduğu kimi bu dəfə də Paşinyan başda olmaqla, onun ətrafı ölkədəki müəyyən malların ixracının artım sürəti barədə danışarkən, nədənsə, ümumi ixrac artımının müvafiq göstəricidən təxminən 2,5 dəfə aşağı olduğunu bildirməyi “unudurlar”. Onlar Avropa Birliyi ölkələrinə olan ixracın 15 faizdən də çox azaldığını bildirməkdən çəkinirlər».
Ermənistanın Avropa Birliyi ölkələrinə, əsasən, filiz və xammal ixrac etdiyini xatırladan sayt, Alaverdi zavodunun istehsalı dayandırmasından sonra bu ixraca ölümcül zərbə vurulduğunu bildirir. Sayt, Avropa ölklərinin Ermənistanı məhsul idxal edilən ölkələr siyahısından çıxarmaqla bu ölkənin «ixrac potensialı»na sarsıdıcı zərbə vurduğunu da istisna etmirlər.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Erməınistana göndərilən pul köçürmələri azalacaq
07.04.2020
Ermənistanda 850-dən çox koronavirusa yoluxan var
07.04.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 850 nəfəri ötdü
07.04.2020
Rusiyada son sutkada mindən çox şəxs koronavirusa yoluxdu, 11 nəfər öldü
07.04.2020
Qırğızıstanda 19 səhiyyə işçisi koronavirusa yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info