Türkiyə-Naxçıvan sərhədində yük avtomobillərinin keçidi bərpa edilib
Tarix: 26.02.2020 | Saat: 18:36:00 | E-mail | Çapa göndər



Fevralın 25-də Azərbaycan Prezi­­denti İlham Əliyev və Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyədən Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilib.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, mövcud vəziyyətlə bağlı Prezident İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb.
Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhədindən buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib və bu gün saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Norveç XİN: “Dağlıq Qarabağda qondarma “seçkilər”i tanımırıq”
07.04.2020
Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır
07.04.2020
Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
07.04.2020
Zəminə Səfərova: “Əfv sərəncamının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərdir“
07.04.2020
Vüqar İskəndərov: Əfv Sərəncamı dövlət başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla yanaşı, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info