Masallıda ər arvadını, qaynını, qayınanasını, sonda isə özünü güllələyib
Tarix: 26.02.2020 | Saat: 19:40:00 | E-mail | Çapa göndər



Masallıda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Ailə yaxınları bildiriblər ki, Sarvan Ağayev Alimə Nəbiyevaya ondan boşanacağı təqdirdə onu öldürəcəyi ilə bağlı dəfələrlə hədə-qorxu gəlib. Bir müddət əvvəl A.Nəbiyeva boşanmaqla bağlı məhkəməyə müraciət edib. Dünən isə tərəflər cehiz əşyalarını aparmaq üçün razılığa gəliblər. Gəlinin ailə üzvləri bu gün evdən əşyaları çıxaran zaman qanlı hadisə baş verib.

Masallı Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi Ariz Eldaroğlu APA-ya bildirib ki, yaralılardan biri - Zemfira Nəbiyeva sol said nahiyəsini və döş qəfəsini dərib keçməyən güllə yarası, sol ayağının pəncə nahiyəsinin daraq sümüklərinin 4-nün sınığı, güllə yaralanması ilə xəstəxanaya müraciət edib.

Digər yaralı Sarvan Ağayev isə ağız boşluğundan güllə yarası alıb: "O, üz nahiyəsinin, burunun, ağızın yumşaq toxumalarının çoxsaylı əzilməsi, yaralanması ilə xəstəxanaya daxil olmuşdur. Xəstəxanada operativ tədbirlər görüldü. Xəstələrin hər ikisinə dərhal cərrahiyyə müdaxilə olundu. Hər ikisinin vəziyyəti ağır qiymətləndirilir".
Faktla bağlı araşdırma aparılır.

***

16:50
Masallıda güllələnmə hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Sarvan Azərxan oğlu Ağayev həyat yoldaşı - 1999-cu il təvəllüdlü Alimə Əli qızı Nəbiyevaya, qaynı - 1995-ci il təvəllüdlü Miralim Əli oğlu Nəbiyevə və qayınanası - 1977-ci il təvəllüdlü Zemfira Ələsgər qızı Nəbiyevaya odlu silahdan atəş açıb, sonra isə özünü güllələyib.
Nəticədə S. Ağayevin həyat yoldaşı və qaynı hadisə yerində ölüb, özü və qayınanası isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
Polis və prokurorluq əməkdaşları tərəfindən daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib və müvafiq araşdırmalara başlanıb.
Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi başlanıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə barədə ilk xəbəri "baku.ws" saytı yayıb.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Bakıda qadın mənzildən 4500 manat oğurlayıb
08.04.2020
Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var - VİDEO
08.04.2020
Bakıda saxta arayış satan şəxslər tutulub
07.04.2020
Şəmkirdə ailə üzvlərini yandıran şəxs saxlanılıb
07.04.2020
Bakıda azyaşlı öz qardaşının qulağını dişləyərək qoparıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info