“Azərenerji” “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa etdi
Tarix: 27.02.2020 | Saat: 10:32:00 | E-mail | Çapa göndər


“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, modul tipli “Xaçmaz” Elektrik Stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi istiqamətində kompleks təmir-bərpa işlər həyata keçirib.

ASC-dən Palitra-ya bildirilib ki, 2018-ci ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Xaçmaz” Elektrik Stansiyasında mövcud 10 aqreqatdan 2-si ümumiyyətlə fəaliyyətini dayandırmışdı, qalan 8 aqreqat isə kəsirlə işləyirdi. Fəaliyyəti dayandırılan aqreqatlar da daxil olmaqla 10 aqreqatın hamısında təmir işləri aparıldıqdan və ehtiyat hissələri dəyişdirildikdən sonra, indi stansiya tam gücü ilə işləyir. Beləliklə, stansiyanın 50 faizdən artıq “itirilmiş” gücü bərpa edilməklə yanaşı, etibarlıq və dayanıqlıq təmin edilib.
Bildirək ki, “Azərenerji” ASC “Xaçmaz” Elektrik Stansiyası ilə yanaşı ümumilikdə 12 elektrik stansiyasında “itirilmiş” gücün bərpa edilməsi istiqamətində yenidənqurma və təmir işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz modul tipli elektrik stansiyalarıdır. Bu günə qədər ümumilikdə 12 elektrik stansiyasında 500 meqavata qədər “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı etibarlılıq və dayanıqlığın təmin edilməsi qarşıya əsas məqsəd olaraq qoyulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Azərbaycanın koronavirusla mübarizə büdcəsi 3 milyarda çatır
05.04.2020
Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək
04.04.2020
Azərbaycanda fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği məlum oldu
04.04.2020
Azərbaycanda 300 min muzdlu işçiyə 215 manat kompensasiya veriləcək
04.04.2020
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
3 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
4 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
5 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info