“Azərişıq”-da daha bir yenilik
Tarix: 27.02.2020 | Saat: 11:51:00 | E-mail | Çapa göndər


Kadr seçimində şəffaflığı qorumaq, innovativ və texnoloji metodlardan istifadə edərək daha peşəkar kadrların işə cəlb olunmasını təmin etmək məqsədi ilə “Azərişıq” ASC-də interaktiv müsahibələr davam edir. Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq müsahibələr həftədə bir dəfə teleprezent sistemi ilə keçirilir. Həyata keçirilən bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir. Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, zaman itkisinə yol vermədən və yol üçün əlavə xərc çəkmədən müsahibəyə qatılırlar.
Qeyd edək ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər. Hazırda “Azərişıq” ASC-nin Bakı və regionlarda Avtomatik İdarəetmə Mərkəzləri ilə yanaşı Tədris Mərkəzləri də fəaliyyət göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Azərbaycanın koronavirusla mübarizə büdcəsi 3 milyarda çatır
05.04.2020
Azərbaycanda banklar və sığorta şirkətləri bu ay haqq ödəməyəcək
04.04.2020
Azərbaycanda fərdi sahibkarlara ayrılan kompensasiyanın məbləği məlum oldu
04.04.2020
Azərbaycanda 300 min muzdlu işçiyə 215 manat kompensasiya veriləcək
04.04.2020
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
3 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
4 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
5 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info