Növbəti “DOST xonçası” kampaniyasına start verildi
Tarix: 27.02.2020 | Saat: 12:12:00 | E-mail | Çapa göndər


Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti “DOST xonçası” kampaniyasına start verir.
Nazirlikdən verilən məlumata görə, ilk dəfə ötən ilin eyni dövründə keçirilən bu aksiya ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Bayrama qədər davam edən və gündən-günə genişlənən, Novruzun bayramlaşmaq kimi nəcib adətini ifadə edən aksiyaya qısa bir müddətdə 120-dən çox təşkilat və tanınmış şəxs qoşulmuşdu.
Bu da xalqımızın zəngin mənəvi dünyasının, Novruz bayramının yüksək dəyərlərinə bağlılığının, həm də yaşlı, ahıl insanlara hörmət hissinin, qayğıkeş münasibətinin bir göstəricisidir.
“DOST xonçası” aksiyasının bu dəfə də məqsədi evlərində tənha yaşayan ahıllarımızın, həssas qruplardan olan digər insanlarımızın, bu və ya digər aztəminatlı ailənin Novruz xonçası ilə qapısını açmaq, onlarla bayramlaşmaq, onlara xoş ünsiyyətlə bir bayram ovqatı bəxş etməkdir.
Aksiyamıza qoşulanlardan bu barədə postlarını #dostxonçası həştəqi altında paylaşmağı və dostlarını da dəvət etməyi xahiş edirik.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
Evdə qal-VİDEO
04.04.2020
Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcəyi məlum olub
04.04.2020
Azərbaycanda birdəfəlik ödənişin məbləği məlum oldu
04.04.2020
Güzəştli ipoteka kreditləri üçün əlavə 90 milyon manat ayrılacaq
04.04.2020
Həkimlər açıqladı: Evə qapanmaq immuniteti çökdürə bilər-VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info