UNEC-in Zaqatala filialında EDUMAN sisteminin tətbiqinə başlanılıb
Tarix: 27.02.2020 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


UNEC-də uğurla tətbiq olunan EDUMAN-Elektron Universitet Modeli 2019/2020-ci tədris ilinin yaz semestrindən etibarən universitetin Zaqatala filialında da reallaşdırılıb.
Filialda bütün müəllim və tələbələr üçün şəxsi kabinetlər açılıb, dərs cədvəlləri, tədris planları, fənn üzrə qruplar, tədris materialları, sərbəst işlərin qəbulu, apelyasiya müraciətləri, imtahan cədvəli və buraxılışları elektronlaşdırılıb.
Tədrisin keyfiyyətinin qiymət¬lən¬diril¬mə¬si və idarə edilməsi üçün geniş imkanlar yaradan EDUMAN sistemi çərçivəsində UNEC-də təhsil idarəetmə, elektron imtahan, təqaüd, apelyasiya sistemi, əlavə təhsil, ikinci ali təhsil, əcnəbilərin qəbulu, tələbə kabineti, müəllim kabineti, Docnet-Elektron sənəd dövriyyəsi sistemi, elektron təqaüd və müəllimlərin reytinqinin qiymətləndirilməsi sistemi modulları tətbiq olunur.
Həmin modulların UNEC-in Zaqatala filialında da tətbiq edilməsi elektron dərs cədvəli, fənn kataloqu, akademik təqvim, sərbəst işlərin elektron göndərilməsi və qiymətləndirilməsi, DİM-də tələbə məlumatlarının daimi inteqrasiyası, elektron jurnal, elektron tədris materialları, hesabatlar, tədris planı, transkript, elan və bildirişlər, tələbə kabineti, müəllim kabineti, apelyasiya, təqaüdlərin hesablanması və əmrləşdirilməsi, testlərin hazırlanması, imtahan qeydiyyatı, məzunlar bölməsi kimi funksionallıqların icrasını təmin edəcək.
Xatırladaq ki, EDUMAN sistemində “Bir pəncərə” sisteminin də işə salınıb. Bu sistem vasitəsilə tələbələr universitet təhsili müddətində tələb olunan bütün arayış (akademik transkript, təhsil alma haqqında arayış və s.) və ərizələri şəxsi kabinetlərindən müraciət edərək əldə edə bilirlər.
Sistemin tətbiqi nəticəsində filialın tədris prosesi ilə əlaqədar bütün məlumatlar birbaşa mərkəzi bazaya ötürüləcək və həmin məlumatların təhlili daha operativ qaydada aparılacaq.




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
Bu tələbələrin təhsil haqqı xərclərini dövlət ödəyəcək
04.04.2020
DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət edib
04.04.2020
“Biz birlikdə güclüyük!” onlayn rəsm müsabiqəsi keçiriləcək
04.04.2020
Milli Azərbaycan Tarixi Muzeyi MDB-nin 10 ən yaxşı tarix muzeyi siyahısına daxil edilib
04.04.2020
Biofizika İnstitutunda magistrantlar üçün distant dərslərə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info