Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
Tarix: 27.02.2020 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Energetika Nazirliyindən bildirilib ki, nazir Cənub Qaz Dəhlizinin yekun mərhələyə yaxınlaşmasında ABŞ-ın davamlı dəstəyinin rolunu yüksək qiymətləndirib: “Həm Cənub Qaz Dəhlizinə, həm də Azərbaycanın təşəbbüsü ilə reallaşan regional və qlobal əhəmiyyətli bütün enerji layihələrinə ABŞ-ın göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Bu yüksək əməkdaşlıq sayəsində 2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq”. P.Şahbazov Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə inkişaf göstəriciləri, şaxələndirmə layihəsi kimi üstünlükləri, genişləndirilmə perspektivləri, ölkənin qaz resurslarının inkişafı ilə bağlı fikirlərini bölüşüb.
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri K.Donnelli çoxsaylı ölkələri, şirkətləri birləşdirən layihə kimi Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyi üçün vacib layihə kimi dəyərləndirib və belə bir nəhəng layihənin həyata keçirilməsinin öhdəsindən gəldiyinə görə Azərbaycanı təbrik edib. Görüşdə Cənub Qaz Dəhlizinin Balkanlara qədər genişləndirilməsi, İonik-Adriatik boru kəməri (IAP) layihəsi və digər potensial imkanlar haqqında müzakirələr aparılıb.
Söhbət zamanı son dövrlərdə Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına dair görülən işlərdən də bəhs olunub. ABŞ-ın Enerji Departamenti ilə əməkdaşlığın səmərəli olacağı qeyd edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
14 yaşlı hindli astroloq keçən ilin yayında koronavirusdan xəbər veribmiş – İndi üzə çıxan VİDEO
09.04.2020
Koronavirus görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb
09.04.2020
Prezident koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09.04.2020
Aprel döyüşlərində şəhid olan Milli Qəhrəman Samid İmanovun şəhadətindən 4 il ötür
09.04.2020
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalı təsis edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info