Yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün zəruri tövsiyələr
Tarix: 27.02.2020 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, son zamanlar Çin Xalq Respublikasının ərazisində meydana gələn COVID-19 virusu dünyanın bir sıra ölkələrinə yayılıb. İlk yoluxan insanlara xəstəliyin birbaşa heyvan mənşəli qidalardan keçdiyi müəyyən olunmuşdu. Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər ki, xəstəliyi törədən virusun heyvan mənşəli məhsullar vasitəsilə yayılma ehtimalı nəzərə alınaraq vətəndaşların qida məhsulları ilə davranışı, bişirmə (56 °C və ya daha yuxarı temperaturda bişirmək, yaxud termik emaldan keçirmək) və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir.

Qidalanma zamanı diqqət yetirilməli məsələlər

Orqanizmin sağlam fəaliyyəti və xəstəliklərə qarşı müqavimətini artırmaq üçün immunitetin güclü olması çox vacibdir. İmmunitetin güclü olması üçün müxtəlif vitamin və mikroelementlərə ehtiyac var. Bura A, C, D, E və B qrup vitaminləri (B2, B6, B12), fol turşusu, dəmir və sink daxildir. A vitamini: treska balığı, yumurta, sarı və narıncı meyvə-tərəvəzlərdə, brokkoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlərdə, C vitamini: sitrus meyvələrdə, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud və pomidorda, D vitamini: tuna və qızıl balıq kimi yağlı balıqlarda, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklərdə, E vitamini: bitki yağları (günəbaxan, zəfəran, qarğıdalı və soya yağlarında), badam, fıstıq, günəbaxan toxumları, ispanaq və brokkoli kimi yaşıl yarpaqlı tərəvəzlərdə, B qrup vitaminlərindən B6 vitamini: tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, taxıl və noxudda, B12 vitamini: qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq və ala balıqda mövcuddur.
Həmi qida məhsullarının qəbulu ilə yanaşı, gündəlik qidalanma və həyat tərzi vərdişlərində immun sistemini zəiflədən bir sıra amillərdən uzaq durmaqla da orqanizmi təhlükələrdən qorumaq olar. Həmin amillərə xroniki xəstəliklər, yuxusuzluq, şəkərdən həddindən artıq istifadə, xroniki stress, balanslaşdırılmamış qidalanma, iltihabi xəstəliklər, az hərəkətli həyat tərzi, artıq çəki, siqaret və spirtli içki daxildir.

Qida yolu ilə yoluxan xəstəliklərin qarşısını almaq üsulları

İstehlak edilən qida ilə davranma, bişirmə və saxlanma zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması çox vacibdir. Xəstəliyə səbəb ola biləcək zərərli bakteriyalar gözə görünmür. Lakin unutmaq olmaz ki, istənilən qida məhsulu özü ilə mikroorqanizmlər daşıya bilir. Qidaları hazırlayarkən, bişirərkən, xüsusilə çiy əti hazırlayarkən əllər, istifadə olunan qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdr. Meyvə və tərəvəzlər xüsusi həssaslıqla təmizlənməlidir. Qidalar lazımi temperaturda bişirilməli və saxlanılmalıdır. Bişirildikdən sonra isə otaq şəraitində saxlanmamalı və dərhal soyudulmalıdır. Çarpaz çirklənməyə yol verilməməlidir. Məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır. Mətbəx mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.

Alış-veriş zamanı diqqət yetirilməli məsələlər

Qida məhsullarının alış-verişi zamanı qida təhlükəsizliyi tələblərinə əməl olunması üçün əvvəlcə tez xarab olmayan məhsulları seçmək və onları yerləşdirdikdən sonra soyudulmuş və ya dondurulmuş qida məhsullarını almaq lazımdır. Qablaşdırılması pozulmuş ət və ya quş əti məhsullarını seçmək tövsiyə olunmur. İstifadə müddəti bitmiş qida məhsullarını almaq və ya istehlak etmək yolverilməzdir.

Qida məhsullarını saxlamaq qaydaları

Tez xarab olan qida məhsulları 2 saat ərzində, temperatur 32 ºC-dən yuxarı olduqda isə 1 saat ərzində soyudulmalıdır. Soyuducu 4.4 ºC-də və ya daha aşağı, dondurucu isə -17.7 ºC-də və ya daha aşağı temperaturda olmalıdır.
Təzə quş əti, balıq, çəkilmiş ət 2 gün ərzində bişirilməli və ya dondurmalı, dana, quzu əti isə 3-5 gün ərzində bişirilməli və ya dondurmalıdır. Tez xarab olan qida məhsullarının, məsələn, ət və quş ətinin keyfiyyətinı qorumaq, həm də onların şirələrinin digər qida məhsullarına keçməməsi üçün həmin məhsullar etibarlı şəkildə qablaşdırılmalıdır. Konservləşdirilmiş qidalar donma temperaturuna və ya yüksək temperaturlara məruz qalmamalıdır. Bükülmüş, paslanmış və ya şişmiş konserv qabları dərhal atılmalıdır.
Qida Təhlükəsizliyi Agentliyi yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün vətəndaşları qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməyə, eyni zamanda bu cür xəstəliklərlə bağlı yalnız rəsmi orqanların məlumatlarına etibar etməyə çağırır.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
14 yaşlı hindli astroloq keçən ilin yayında koronavirusdan xəbər veribmiş – İndi üzə çıxan VİDEO
09.04.2020
Koronavirus görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb
09.04.2020
Prezident koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09.04.2020
Aprel döyüşlərində şəhid olan Milli Qəhrəman Samid İmanovun şəhadətindən 4 il ötür
09.04.2020
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalı təsis edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info