Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub
Tarix: 27.02.2020 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair ictimai müzakirə təşkil edilib.
Fevralın 27-də Yarat Müasir İncəsənət Mərkəzində Mədəniyyət Nazirliyinin və KOBİA-nın dəstəyi, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilmiş “Mədəniyyət və incəsənət sahələri biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forumda müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı və mədəniyyət sənayesi ilə bağlı fikirlərini bölüşüb, nazirlik tərəfindən bu sahədə görülmüş işləri, o cümlədən kreativ sənaye ile bağlı forumun keçirilməsi, www.creative.az internet səhifəsinin və müxtəlif assosiasiyaların yaradılması, yaradıcı şəxslər arasında müsabiqələrin təşkili barədə məlumat verib, bu sahənin inkişafı istiqamətində tədbirlərin davam edəcəyini qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, müvafiq sektorun ölkə iqtisadiyyatında dəyər yaratma potensialının geniş olduğunu bildirib. Qeyd olunub ki, qabaqcıl dünya ölkələrində yaradıcı və mədəniyyət sənayelərinin ÜDM-də payı 5%-dən çoxdur, məşğulluqda da payı kifayət qədərdir. Azərbaycanda isə belə göstəricilər haqqında danışmaq hələ tezdir. Sahibkarları dəstəkləyən, onların maraqlarından çıxış edən KOBİA yaradıcı və mədəniyyət sənayesi sahəsində biznesin inkişafına dair ənənəvi sahələr üzrə dövlət və özəl sektorun təmsil olunduğu İşçi Qrupunun yaradılmasını, yaradıcı və mədəniyyət sənayesi sahəsində çalışan KOB-ların dövlət dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirilməsini, bu sahədə biznes assosiasiyanın, yeni təşkilati modellərin, o cümlədən Yaradıcı və Mədəniyyət Sənayeləri üzrə Startap Biznes Mərkəzlərinin, klasterlərin yaradılmasını və bunun təşviq edilməsini təklif edir.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlər keçirildiyini bildirib.
KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov isə forumda sahibkarlar tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınaraq aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.
Forum çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış www.creative.az saytına dair təqdimat keçirilib, KOBİA-nın fəaliyyətinə və daxili bazar araşdırmalarına dair video çarxlar nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Balacalar üçün müsabiqə
09.04.2020
“Xəta və Xatirə“ bədii-sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir
09.04.2020
Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür
08.04.2020
Azərbaycan poeziyası Venesuela mətbuatında
08.04.2020
Qələbənin 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsi elan olunub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info