Dünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi: Həyata keçirilən tədbirlər DST-nin tövsiyələrinə uyğundur
Tarix: 27.02.2020 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusla mübarizəni gücləndirmək məqsədilə dünyanın bir neçə regionunda, o cümlədən Cənubi Qafqazda regional mərkəzlər yaradıb. DST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzi Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşir. Bu mərkəzin əsas məqsədi Cənubi Qafqaz regionundakı ölkələrin ictimai səhiyyə sahəsindəki fövqəladə hallara hazırlıq və cavab potensialını gücləndirmək üçün xüsusi və prioritetlərə uyğun texniki dəstək verməkdir. Mərkəz, həmçinin tərkibinə daxil olan ölkələrdə Beynəlxalq Tibbi Sanitariya Qaydalarının həyata keçirilməsinin monitorinqini aparır. Mərkəz tərəfindən texniki dəstək DST ilə Səhiyyə nazirlikləri arasında iki illik əməkdaşlıq müqaviləsində göstərilən mütərəqqi iş planı və milli prioritetlər əsasında göstərilir.
Bu barədə Dünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib. Mərkəzin Azərbaycanda əsas rolu Səhiyyə Nazirliyinin səhiyyədə fövqəladə hallara hazırlıq və cavab potensialının gücləndirilməsinə dəstək göstərməkdir. Mərkəz texniki rəhbərlik edərək və ekspertlərin tövsiyəsini bölüşərək, müvafiq yerli orqanları regional ofis və baş qərargahla əməkdaşlıq yolu ilə Avropa və qlobal səviyyədə beynəlxalq təcrübə ilə əlaqələndirir.
Hazırda mərkəz DST-nin yeni koronavirusa qarşı hazırlıq və cavab planına uyğun olaraq Azərbaycana dəstək göstərir. Mərkəzin əsas prioritetləri DST Avropa regionunda COVID-19-a ilk yoluxma hallarının aşkarlanması üçün laboratoriya imkanlarının gücləndirilməsi, təyin olunmuş yerli və xarici istinad laboratoriyalarında test imkanı, yoluxmuş şəxslər üçün izolyasiya və xəstəxana müalicəsi, virusun ölkədə yayılmasının qarşısını almaq üçün yaxın təmasın izlənməsi və düzgün qabaqlayıcı tədbirlərlə bağlı risk kommunikasiyasıdır.
DST-nin Azərbaycan nümayəndəliyi koronavirusla bağlı Azərbaycanda görülən qabaqlayıcı tədbirləri belə dəyərləndirib: “DST dünyanın bütün ölkələrini virusa qarşı hazırlıq görməyə təşviq edir, xəstələrə ləyaqət və şəfqətlə yanaşmağa, virusun insandan insana ötürülmənin qarşısını almağa və tibb işçilərini qorumağa çağırır. Bu günə qədər Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər əsasən DST-nin tövsiyələrinə uyğundur, tibb müəssisələri və laboratoriyalar DST-nin qlobal təlimatlarına riayət edir”.
Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyindən, həmçinin bildirilib ki, Dünya Səhiyyə Təşkilatının qlobal məqsədinə əsaslanan tövsiyəsi yoluxma hallarına qarşı hazırlıqlı səhiyyə sisteminin mövcudluğudur. Bütün respirator virus infeksiyalarında olduğu kimi, xəstəliyin ölkə ərazisinə keçmə riskini tamamilə aradan qaldırmaq çox çətindir. İnfeksiya hallarını aşkar etmək, ötürülmə yolu ilə daha da yayılmasının qarşısını almaq, müalicə və lazımi izolyasiyanı təmin etmək üçün kifayət qədər potensial olmalıdır. Ölkəyə səfər edən şəxslərin səciyyəvi simptomlar müşahidə edilən zaman müraciət etməli olduğu müəssisələr, həmçinin əllərin yuyulması və ictimai yığıncaqların keçirilməməsi kimi standart profilaktik tədbirlər barədə məlumatlı olmaları təmin edilməlidir.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi
09.04.2020
Baş Dövlət Yol Polisi İdarəsi etibarnamə ilə bağlı məlumat yayıb
09.04.2020
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı
09.04.2020
Təhsil Nazirliyi “Evdə Qal, Evdə Yarat“ təşəbbüsünə qoşulur
09.04.2020
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info