“Paşinyanın iqtisadi inkişaf yalanları ifşa edilir”
Tarix: 27.02.2020 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”:
“Statistika Xidmətinin məlumatına görə, 2019-cu ilin yanvar-dekabr ayları arasında 2018-ci ilin eyni dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri 1.9 faiz artıb. Artan qiymətlər təkcə ərzaq mallarında deyil, həm də qeyri-ərzaq məhsullarının qiymətlərində də müşahidə edilib”

Ermənistan baş naziri Paşinyan və onun komandası «məxməri inqilab»ın nailiyyətləri arasında son bir ildə daxili istehlak bazarında qiymətlərin artmamasını uğur kimi irəli sürüb: “Bütün dünyada istehlak mallarının qiyməti qalxdığı halda, Ermənistanda bu qiymətlər dəyişməz qalmaqdadır. Hətta bəzi gündəlik tələbat mallarının qiymətində eniş də müşahidə edilməkdədir”.
Bu, Paşinyanın mənbəyi bəlli olmayan rəqəmlərə əsasən gəldiyi qənaətdir. «Qolos Armenii» saytı isə real rəqəmlər əsasında Paşinyanın yalanını ifşa edib: «Statistika Xidmətinin məlumatına görə, 2019-cu ilin yanvar-dekabr ayları arasında 2018-ci ilin eyni dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri 1.9 faiz artıb. Maraqlıdır ki, artan qiymətlər təkcə ərzaq mallarında deyil, həm də qeyri-ərzaq məhsullarının qiymətlərində də müşahidə edilib. Məsələn, xidmət sektoruna 0,5, içki və tütün məhsullarında isə 2,1 faiz qiymət artımı olub. Paşinyan və onun komandasının fəxrlə söylədikləri qiymət enişi istirahət və mədəniyyət tədbirləri kateqoriyalarında qeydə alınıb. Lakin ərzaq, geyim, ayaqqabı, mənzil xidmətləri, elektrik enerjisi, nəqliyyat, səhiyyə, təhsil sahələrindəki qiymət artımları heç cür gizlədilə bilməz”.
Qeyd edilməlidir ki, Paşinyanın birdən-birə ölkənin istehlak bazarlarımızdakı sabitliklə bağlı fikir paylaşması sayt üçün də müəmma kimi görünür. Sayt yazır ki, əgər, bu gün ölkədə qiymətlərin vəziyyətini inqilabı nailiyyətin göstəricisi hesab etsək, onda dünya meylləri ilə deyil, ölkəmizdəki inqilabdan sonrakı və inqilab dövrü arasında paralellərə diqqət yetirməliyik: «…Amma etiraf edilməlidir ki, inqilabdan sonrakı dövrdə istehlak bazarındakı qiymətlərdə müsbət dəyərləndirilə biləcək heç nə yoxdur. Əksinə, daha çox mənfi hallah göz oxşayır. Faktlara müraciət edək: məsələn, inqilabdan əvvəl 2017-ci ildə Ermənistanda istehlak qiymətlərində 0,6 faiz azalma qeydə alınıb. 2019-cu ildə isə bu parametr üçün 1.9 faizlik artım qeyd edilib. 2017-ci ildə ölkədə satılan geyim və ayaqqabı, elektrik enerjisi, nəqliyyat, səhiyyə xidmətləri sahəsindəki ucuzlaşmanı gərək ki, Paşinyan xatırlamalıdır. Məhz bu mənada istehlak bazarlarında qiymət dinamikasını həyat keyfiyyətinin yaxşılaşmasının göstəricisi kimi götürsək, inqilabdan əvvəlki 2017-ci ildə bu inkişaf inqilabdan sonrakı 2019-cu ilə nisbətən daha çox nəzərə çarpır».
Sayt bu dəfə ölkə rəsmilərinə başqa bir sualla müraciət edir: «…Paşinyan inqilabın «nəhəng uğurlarına» şəhadət verən rəqəmlər təqdim edərkən, niyə keçmiş illərin statistikasına diqqət yetirmir? Sadə erməni vətəndaşının «əgər, biz inqilabdan əvvəl bundan yaxşı yaşayırdıqsa, inqilab etməyə dəyərdimi?» sualına axtardığı cavabı Nikol da yaxşı anlayır. Ona görə də, Paşinyan müxtəlif gedişlər etmək məcburiyyti ilə üz-üzə qalıb. Erməni baş nazirin bir müddət əvvəl «ilin yaxşı iqtisadi göstəricilərlə başladığını və bunun təsdiqi kimi bir neçə iqtisadi göstəriciyə istinad etməsi bu gedişlərin bir qolu kimi başa düşülməlidir”. Sayt burada da Nikolun səsələndirdiyi «bu ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 20,4 faiz artıb» nümunəsinə istinad edərək 2017-ci ildə bu göstricinin 35,4 faiz olduğunu onun nəzərinə çatdırır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Estoniyada koronavirusa yoluxanların sayı 900-ü ötüb
03.04.2020
Qiqi Mikautadze: Gürcüstan aclıq təhlükəsi ilə üzləşə bilər
03.04.2020
Sabahdan Rusiya bütün beynəlxalq sərnişin uçuşlarını dayandırır
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info