Rusiyanın məşhur onkoloqu Azər Axundov kimdir?
Tarix: 28.02.2020 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Bu yaxınlarda uzun illər Azərbaycan həqiqətləri haqda ingilis dilində jurnal nəşr etmiş, jurnalist Rövşən Paşazadənin “Facebook” hesabında Rusiyada yaşayan tanınmış elm adamı Azər Axundov haqqında statusu diqqətimi çəkdi. Rusiyanın elmi jurnalında azərbaycanlı alim haqqında məqalə çap olunmuşdu. Araşdırmaçı olaraq məlumat diqqətimi çəkməyə bilməzdi. Azər Axundovun kimliyi mənim üçün maraqlı gəldi. Rövşən müəllimlə söhbətimizdə Azər Axundovun yaxın qohumu olduğunu bildirdi. O, Azər Axundovun Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin, N.Bloxin adına Onkoloji Elmi və Tədqiqat Mərkəzinin baş və boğaz üzrə bölməsinin baş elmi işçisi, cərrah, onkoloq, tibb elmləri doktoru olduğunu bildirdi.
Söhbətdən sonra adını internetdə axtarışa verdim. Azərbaycan mətbuatında Azər Axundov haqqında məlumatlar yox səviyyəsindədir. Rusiya mətbuatında məlumat az saydadır. Ola bilər ki, Azər müəllim özü məlumatların yayılmasını istəməyib. Yenə də dünyanın nüfuzlu elmi mərkəzlərindən səsləri gələn soydaşlarımızı cəmiyyətə daha yaxından tanıtdırmaq biz araşdırmaçıların diqqətində olmalıdır. Hər bir soydaşımızla onlarla qürur duymalıdır. Azər Axundov fəxr olunası soydaşlarımızdandır. Zəngin elmi fəaliyyəti özündə birləşdirən Azər Axundov haqqında yazının oxucularımıza maraqlı gələcəyinə inanıram. Məlumatların əldə edilməsində öz köməkliyini göstərdiyinə görə, Rövşən Paşazadəyə təşəkkür edirəm.
Azər Axundov kimdir?
Axundov Azər Əliramiz oğlu 12 sentyabr 1959-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olub. Azər Axundovun atası tibb elmləri doktoru, professor Əliramiz Əhməd oğlu Axundov uzun illər Leninqrad (indiki Sankt-Peterburq ) şəhərində Qenrix Turner adına Uşaq travmatalogiyası və ortopediya institutunun direktor müavini, eyni zamanda Rusiya Sovet Federativ Respublikasının uşaq travmatologiya və ortopediya üzrə baş həkimi vəzifəsində çalışıb. Anası Xalidə İsaxzadə farmakologiya üzrə ali təhsil alıb.
Uşaqlıdan həkim ailəsində böyüyən Azər Axundov, sonralar öz gələcək taleyini tibb elmi ilə bağlamağa qərar verib. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün 1978-ci ildə Nəriman Nərimanov adına Tibb institutuna daxil olub. 1984-ci ildə institutu bitirdikdə sonra öz təşəbbüsü ilə cərrah kimi təcrübəsini artırmaq üçün 1989-ildə Qazaxıstan SSR-i Kokçetansk şəhərinin Mərkəzi Xəstəxanasında, daha sonra Azərbaycan SSR-inin Lənkəran şəhərindəki hərbi hospitalda işləyib.
30 yaşında ikən Azər Axundov Moskvada N.Bloxin adına Ümumittifaq Onkoloji Elmi və Tədqiqat Mərkəzində (hazırda Rusiya Federasiyasının ən böyük Onkoloji Elmi və Tədqiqat Mərkəzi sayılır) onkoloji-cərrahlıq sahəsində təhsilini davam etdirib. 1994-cü ildə orada təhsilini bitirdikdən sonra “Boğaz xərçəngi xəstəliyinin şüa ilə müalicəsi zamanı yaranan fəsadların terapiyasında araşdırmalar” mövzusunda dissertasiyasını müdafiə edərək, tibb elmləri namizədi dərəcəsini almışdır. Onun bu elmi işi tibb elmi tarixində yeni müalicə metodu olduğundan Onkoloji Elmi və Tədqiqat Mərkəzin rəhbərliyi Azər Axundovu cərrah kimi işə dəvət edib. Həmin mərkəzdə bir müddət cərrah-həkim işlədikdən sonra 1999-cu ildə baş elmi işçi kimi vəzifəsinə təyin olunub.
Onun 2000-ci ildə bəd xassəli şişlərin innovativ müalicə metodları üzərində apardığı tədqiqatlar müdafiə etdiyi tibb elmləri doktorluğu dissertasiyasında öz əksini tapmışdır.
Hazırda doktor Axundov baş və boğaz nahiyəsində bədxassəli şişlərin müalicəsi sahəsində cərrah kimi fəaliyyət göstərməklə yanaşı, daim elmi tədqiqatlara böyük diqqət ayırır. O 100-dən artıq elmi nəşrin müəllifi və həmmüəllifi, 5 elmi məqalə üzrə toplunun, 3 tövsiyə toplunun müəllifi və 3 ixtiraya dair patentin həmmüəllifidir. Azər Axundov həmçinin, Rusiyada nəşr olunan «Опухоли головы и шеи» (Baş və boğaz nahiyəsində şişlər) jurnalının redaksiya kollegiyasının üzvüdür.
Axundov mütəmadi olaraq, cərrah kimi Avropa və Rusiyadakı qabaqcıl tibbi mərkəzlərində təcrübə keçir, eyni zamanda beynəlxalq simpozium və konfranslarda dəvət olunur. O, MDB məkanında məşhur cərrah kimi tanınır, bir çox insanların həyatını ölümün cəngindən son anda xilas etmişdir.
Hər bir zaman ürəyi doğma Azərbaycanla döyünən vətənpərvər insan olan Azər Axundov, tarixi vətənini unutmur. Rusiyada və Azərbaycanda keçirilən dünya Azərbaycanlıların qurultay və tədbirlərin də aktiv iştirak edir.
Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib
30.03.2020
Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb
30.03.2020
Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər
30.03.2020
Tibbi maskalar barədə ümumi maarifləndirici məlumat
29.03.2020
Operativ Qərargah: Azərbaycanda daha 27 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info