Uşaqlarda boğucu öskürəklərin səbəbi nədir?
Tarix: 02.03.2020 | Saat: 10:53:00 | E-mail | Çapa göndər


Əsasən gecə saatlarında, xüsusilə qapalı ortamlarda tutmaşəkilli, boğucu, tutma sonunda ögümə, bəzən qusma ilə bitən öskürəklər son zamanlar uşaqlar arasında çox yayılıb. Bununla bağlı valideynlərlə məsləhətlərini bölüşən Pediatr Günay Rəsulova deyir ki, bu öskürəklər yoluxucudur: “Adətən evdə bir uşaqda başlayıb, digərinə keçən bu öskürəklər infeksion mənşəli olub, səbəbi yalançı göy öskürək, bəzən də elə göy öskürəyin özü olur. Bu infeksiyada öskürəklər başlanğıcda adi öskürək kimi başlayıb sonradan belə tutmalara keçə bilər. Aparılan çoxsaylı müalicələrə baxmayaraq bu öskürəklərin müddəti uzanır və bütün digər infeksion xəstəliklərdə olduğu kimi yalançı göy öskürək də öz müddətini başa vurduqdan sonra sağalır. Körpələr hətta xəstəxana şəraitində müalicə almalı ola bilirlər
Müalicəsi: Törədicisi “Bordatella Parapertussis” bakteriya olduğu üçün antibiotik vacibdir. Bəlğəmgətiricilər qıcığı daha da artırdığı üçün məsləhət deyil. İnhalyasiya və qıcığı azaldan dərmanlarla köməkedici müalicə və valideynə səbir tövsiyyə edilir.
Qorunma: Xəstə uşaq ilə kontaktdan uzaq tutmaq və göy öskürəyə görə peyvəndi mütləq etdirmək lazımdır. Sağlam olun!”
Tural




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
GMO-nun zərərləri
05.04.2020
İndi mövsümü olan əməköməci koronavirusa qarşı- Virus və bakteriyaları öldürür
03.04.2020
Tətbiq edilən qaydalara etinasız yanaşan hər kəsin yaşından asılı olmayaraq koronavirusa yoluxma riski yüksəkdir
03.04.2020
“Sağlam immun sistem üçün, sağlam bağırsaq florasının olması çox vacibdir!”
02.04.2020
Koronavirusun müalicəsində akupunktur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info