“Soydaşlarımızın bir araya gəlməsində milli-mənəvi dəyərlərimizin təbliği böyük rol oynayır”
Tarix: 02.03.2020 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Mütəllib İbişov: “Krasnoyarskda yaşayan soydaşlarımız həm dini, həm də milli dəyərlərimizi qoruyub saxlayırlar”

Bu gün Rusiyanın Krasnoyarsk diyarında soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizə bağlılq yükəsk səviyyədir. Bu, istər Krasnoyarskda Xocalı faciəsi ilə bağlı keçirilən panel-müzakirədə, istərsə də şəhərin məscidində şəhidlərimizin ruhuna verilən ehsanda mənim diqqətimi çox çəkdi. Sevindirici haldır ki, bu baxımdan Krasnoyarskdakı gənclərimiz, necə deyərlər, ağsaqqal sözünü dinləyərək daha çox aktivdirlər. Soydaşlarımızı belə düz yola Krasnoyarsk diyarı üzrə “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının idarə heyətinin üzvü, din xadimi hacı Mütəllib İbişov da çəkir. Onun apardığı dini-əxlaqi tərbiyəvi təbliğat həmvətənlərimizin birliyində böyük əhəmiyyət kəb edir. Xatırladaq ki, hacı Mütəllib İbişov 23.02.1963-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində dünaya göz açıb. 1980-ildə Masallı rayon Şərəfə kənd tam orta məktəbini bitirib. Eyni zamanda Masallı mədrəsəsində dini təhsilə yiyələnib. İndiki İnşaat Mühəndisləri Universitetinin məzundur. Rusiyanın Xabarovsk və Komsomolsk diyarlarında hərbi xidmətdə olub. 1993-cü ildən Krasnoyarsk şəhərinə gəlib və elə o zamandan Azərbaycan diasporunda fəaldır.

-Siz din xadimi olmaqla yanaşı, Krasnoyarsk diyarı üzrə “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının idarə heyətinin üzvüsüz. Diaspor işlərində nə kimi fəallıq göstərirsiz?
- 1996- ildən Krasnoyarskda Azərbaycan diasporunda dini məsələlər üzrə fəaliyyət göstərirəm. Bununla yanaşı, burada keçirilən tədbirlərdə iştirak edirəm. Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, yerli "Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudovun rəhbərliyi ilə xalqımızın bütün xeyir və şər işlərində əlimizdən gələn köməkliyi edirik. Dünyasını dəyişən soydaşlarımızı diasporun köməkliyi ilə Vətənə yola salırıq.

-Krasnoyarskdakı soydaşlarımız arasında dinimiz necə qorunur?

-Krasnoyarskda yaşayan soydaşlarmız həm dini, həm də milli dəyərlərimizi qoruyub saxlayırlar. Bizim buradan Həcc ziyarətinə 10, Kərbəla və Məşhəd ziyarətlərinə isə 20-dən artıq soydaşımız kedib.

-Soydaşlarımızın bir araya gəlməsində milli-mənəvi dəyərlərimizin təbliğinin nə kimi rolu var?
-Soydaşlarmzın bir araya gəlməsində, əlbəttə ki, milli-mənəvi dəyərlərimizin təbliği böyük rol oynayr. Soydaşlarmız bir müsəlman kimi həm dinimizi, həm də adət-ənənələrimizi qoruyub saxlayırlar. İşğal tarixlərimizi qeyd edərkən və şəhidlərimiz üçün ehsan verilən zaman soydaşlarmız fəal iştirak edirlər. Yeri gəlmişkən, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Krasnoyarskdakı məsciddə Xocalı şəhidlərinin ruhuna ehsan süfrəsi verildi. Mərasimdə Krasnoyarsk diyarı üzrə “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının rəhbərliyi, eləcə də Krasnoyarskdakı fəal soydaşlarımız və digər müsəlman xalqlarının üzvləri iştirak etdilər. Öncə Xocalı şəhidləri, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olan vətən övladları bir dəqiqəlik sükutla anıldı. Sonra ermənilər tərəfindən Xocalıda dinc insanların başına gətirilən müsibətdən danışıldı, soyqırım qurbanlarının ruhuna dualar oxundu. Allah bütün şəhidlərimizə rəhmət etsin.

-Dini bayramlarımız burada lazımi səviyyədə qeyd olunurmu?
-Krasnoyarskda Qurban və Ramazan bayramları yüksək səviyyədə qeyd olunur. Bununla bərabər, Məharrəm ayı da layiqincə qeyd olunur.

-Gənclərimiz Vətənə, dinimizə bağlı əhvali-ruhiyyədə böyüyürlərmi?
-Allah gənclərimizi qorusun, inşaallah. Onlarda Vətənə məhəbbət və dinə xidmət ən ali yerdə durur. Baxmayaraq ki, qərib ölkədə yaşayırlar, amma hər biri Vətən yolunda ölümə hazırdırlar. Burada yaşayan hər bir Azərbaycan oğlu ana Vətənin mədəniyyətini, dinini qorumaqla ulu öndər Heydər Əliyevin söylədiyi “harada olursan ol, Azərbaycan xalqına layiqli övlad ol” prispini yerinə yetirməyə çalışır.
Fuad Hüseynzadə

(Bakı-Krasnoyarsk-Bakı)




 
Bölməyə aid digər xəbərlər
14.10.2020
Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
14.10.2020
Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
09.10.2020
Prezident İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibəsi yayımlanıb
09.10.2020
“Ayrı-ayrı bölgələrdə fəal sakinləri ekoturizmin internetdə təbliğinə cəlb etmək lazımdır”
08.10.2020
Məhərrəm Əliyev: Bu gün Azərbaycanda vahid güc reallığı Ali Baş Komandan, Ordu, Xalq mütəşəkkiliyində birləşib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
2 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
3 Toyuğun bu hissəsi xərçəng yaradır
4 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
5 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info