“Akademik Musiqili Teatrın Könüllüləri” fəaliyyətə başladı
Tarix: 03.03.2020 | Saat: 12:01:00 | E-mail | Çapa göndər


Hər zaman uğurlu layihələri ilə fərqlənməyi bacaran Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu dəfə də maraqlı təşəbbüsü ilə – teatra, incəsənətə marağı olan gəncləri "Akademik Musiqili Teatrın Könüllüləri" dəstəsində öz ətrafına topladı. Bu mədəniyyət ocağı belə addımı ilə nəinki teatr aləmində, hətta incəsənətdə könüllülük istiqamətində də ölkəmizdə növbəti bir ilkə imza atmış oldu.
Bu məqsədlə təşkil edilən və müxtəlif ali məktəb tələbələrindən ibarət könüllülərin qatıldığı görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünasıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev çıxış edərək layihənin məqsədini açıqlayıb. Daha sonra isə o yenicə yaradılan quruma rəhbərlik edəcək gənc pianoçu – respublikamızda keçirilən bir sıra dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə könüllülərin işi üzrə koordinator kimi kifayət qədər təcrübə qazanmış teatrın əməkdaşı Alüdə Şəkərovanı tədbir iştirakçılarına təqdim edib.
Alüdə Şəkərova "Akademik Musiqili Teatrın Könüllüləri" ideyasının reallaşmasında yaradılan şəraitə görə gənclər adından teatr rəhbərliyinə minnətdarlığını bildirdi.
Təhsil Nazirliyinin “Bir tələbə-könüllü” proqramının 2019-cu il üzrə ən fəal koordinatoru kimi xüsusi mükafata layiq görülən Alüdə Şəkərova ölkəmizdə keçirilən ən müxtəlif beynəlxalq tədbirlərdə xüsusi qruplara rəhbərlik etmiş, könüllülük hərəkatında uğurlu fəaliyyətinə görə çoxsaylı mükafatlara layiq görülüb.
“2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Akademik Musiqili Teatr könüllü gənclərlə birgə müxtəlif və uzunmüddətli layihələr həyata keçirməyi düşünür. Proqram çərçivəsində tələbələr 3 ay müddətində müxtəlif treninqlərə qatılacaq və teatrın pərdəarxası fəaliyyəti ilə daha yaxından tanış olacaqlar. Aktyorluq qabiliyyəti olan gənclərlə birgə tamaşa hazırlanacaq və teatr mövsümünün yekununda hər bir könüllüyə teatr sahəsində təcrübə keçmələri ilə bağlı sertifikatlar veriləcək… Teatr və könüllülük – hər ikisi yüksək dəyərlərdir və ölkəmizin inkişafı naminə könüllülərin kreativ ideyalarından lazımi istifadə olunmalıdır. Biz Akademik Musiqili Teatr ailəsi olaraq hər zaman belə gənclərə arzularını reallaşdırmaqda dəstək olmağa hazırıq”, – deyə Ə.Lalayev bu münasibətlə keçirilən toplantıda könüllülərə belə müraciət etdi.
Tədbirdə teatrın direktor müavinləri – Hüseyn Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, teatrın rejissor assistenti Elməddin Dadaşov çıxışlarında tələbələri maraqlandıran sualları cavablandırdılar.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Kitabxana nəğməkar şair Nüsrət Kəsəmənli haqqında videoçarx hazırlayıb
13.08.2020
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olunub
12.08.2020
“İtirdiyim xoşbəxtlik” əsəri özbək dilində nəşr olunub
12.08.2020
Qardaşlıq münasibətlərini qoruyan mədəniyyət
12.08.2020
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info