Dahran şəhərində keçirilən “Xalqların yürüşü“ adlı tədbirdə Azərbaycan da təmsil olunub
Tarix: 03.03.2020 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı Krallığının Dahran şəhərində "Xalqların yürüşü" adlı tədbir keçirilib. 30 ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyi tədbir ölkənin milli neft şirkəti olan "Saudi Aramco" şəhərciyində təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, vətənimizi tədbirdə şirkətin azərbaycanlı əməkdaşları və onların ailə üzvləri təmsil ediblər. Altı azərbaycanlı ailənin təşkil etdiyi Azərbaycan guşəsində üçrəngli dövlət bayrağımız, müxtəlif süvenirlər və milli mətbəximizin şirniyyat nümunələri təqdim olunub. Milli geyimli soydaşlarımız iştirakçılara ölkəmizin tarixi, çoğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti, turizm potensialı barədə ətraflı məlumat veriblər və qonaqları milli mətbəx nümunələrimizə qonaq ediblər. Qeyd edək ki, hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti hesab olunan "Saudi Aramco" Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağına nəzarət edir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Milli Konservatoriya Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
29.03.2020
Lənkəran Dövlət Dram Teatrın kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
29.03.2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
28.03.2020
Telekanallar milli filmləri nümayiş etdirəcək
26.03.2020
Evdə bax: Azərbaycanın unikal teatrı onlayn rejimə keçib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info