Tbilisidə “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub
Tarix: 04.03.2020 | Saat: 10:47:00 | E-mail | Çapa göndər


Martın 3-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin premyerası olub.

Bu, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasının istehsal etdiyi, Mirzə Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş sənədli filmin xaricdə ilk premyerasıdır.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, filmin premyerası Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
Filmin prodüseri Nazim Hüseynov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elxan Rüstəmovdur.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək Mirzə Cəlil yaradıcılığı ilə bağlı məlumat verib, böyük ədib haqqında filmin çəkilməsini onun yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında ölkəmizdə ədəbiyyatın, mədəniyyətin və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin Mirzə Cəlilin anadan olmasının 150 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncamını diqqətə çatdırıb. Dövlətimizin başçısının bu cür sərəncamlarını görkəmli ədiblərimizin yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsi olduğunu bildirib.
Sonra ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Əliyev, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva və başqaları çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər.
Qeyd edilib ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar lentə alınan filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvanda, Nehrəm kəndində, Ağcabədi rayonunda və Qori şəhərində aparılıb. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub. Filmə C.Məmmədquluzadə yaradıcılığının əsas hadisəsi olan “Molla Nəsrəddin” jurnalı ilə bağlı maraqlı faktlar da daxil edilib.
Sonra film nümayiş edilib.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Dünyamızı qoruyaq: Türk Dünyasının adət-ənənələri” onlayn rəsm müsabiqəsi elan olunur
07.04.2020
“Yuğ” Teatrı “Evdə qal, teatrsız qalma” kampaniyasına qoşulub
06.04.2020
Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək
06.04.2020
Azərbaycan Dövlət Rəsm Qalereyası virtual sərgi təşkil edib
06.04.2020
Beynəlxalq Muğam Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info