“WhatsApp“dakı məlumatlar xüsusi xidmət orqanlarına ötürülür?
Tarix: 04.03.2020 | Saat: 11:22:00 | E-mail | Çapa göndər


"Anonymous" və "LulzSec" qruplaşmalarının əvvəlki liderlərindən biri, "Topiary" kimi tanınan keçmiş haker Ceyk Devis "Twitter" səhifəsində "WhatsApp" messencerində bütün istifadəçilər barədə çoxsaylı məlumatın saxlanılmasını və bu informasiyanın xüsusi xidmət orqanlarına ötürülməsini bildirib.
"Lenta" resursu yazır ki, onun sözlərinə görə, fərdi məlumatların mühafizəsi haqqında ümumi reqlamentə uyğun olaraq məlumatlardan istifadə üçün sorğu verilən zaman istifadəçiyə onun bütün kontaktlarının və daxil olduğu qrupların adlarının siyahısı göndərilə bilər. Orada istifadəçinin indiyədək istifadə etdiyi bütün telefonların həm köhnə, həm də yeni məlumatları saxlanılır. Kibertəhlükəsizlik üzrə mütəxəssis qeyd edib ki, bütün bu informasiyanın dövlətlərin xüsusi xidmət orqanlarına ötürülməsi ehtimalı yüksəkdir. "Onlar bir-biri ilə ünsiyyət saxlayan və üzv olunan qruplardan ibarət böyük şəbəkəyə nəzarət edə bilirlər", – o qeyd edib. Onun sözlərinə görə, informasiya etirazçı və hakimiyyəti tənqid edən şəxslərin müəyyənləşdirilməsi üçün istifadə oluna bilər.
Həmçinin vurğulanır ki, şübhəli ad və məzmunlu qrupa daxil edilmə riski mövcuddur.
Mütəxəssis bunun "WhatsApp" tərəfindən hakimiyyətə məlumatların ötürülməsi ilə bağlı ehtimala əsaslanan şəxsi qənaətinin olmasını bildirsə də, xüsusi xidmət orqanlarının müəyyən dərəcədə belə imkana malik olmasına əminliyini ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb
04.04.2020
Doğulan əkizlərə Korona və Kovid adlarını qoydular
04.04.2020
Tramp tibbi maska taxmamasının səbəbini açıqladı
04.04.2020
104 yaşlı müharibə veteranı koronavirusa qalib gəldi
03.04.2020
89 yaşında ata olacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
2 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
5 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info