“Azərbaycan millisinə yerli məşqçinin gətirilməsini istərdim”
Tarix: 04.03.2020 | Saat: 11:36:00 | E-mail | Çapa göndər



Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri və AFFA İcraiyyə Komitəsinin üzvü Fərid Mansurovun apasport.az saytına müsahibəsi

- Dünən UEFA Millətlər Liqasının püşkü atıldı, Azərbaycan millisi Lüksemburq, Kipr və Monteneqro ilə bir qrupa düşdü. AFFA İcraiyyə Komitəsinin üzvü kimi, bu qrupu necə dəyərləndirərdiniz?
- Təbii ki, komandanın hazırlığından çox şey asılıdır. Məncə, yığmamız üçün elə də pis qrup deyil.

- Millimiz qrup birinciliyinə iddia edə bilərmi?
- Bilirsiniz, komanda idman növü bir az çətindir. Çünki burada kollektiv mübarizə çox önəmlidir. Amma hər şey gözləmək olar. Bundan başqa, yaxşı olardı ki, futbolçularımız özləri də legioner həyatı yaşamağa çalışsınlar. Belə olarsa, rəqabət də güclənər.

- Yığmanın baş məşqçisi məsələsi hələ də açıq qalır. AFFA İcraiyyə Komitəsinin son iclasında üzvlər öz namizədlərini təqdim ediblər. Siz kiminsə adını vermisinizmi?
- Mən heç kimin namizədliyini verməmişəm. AFFA İcraiyyə Komitəsi üzvlərindən namizədlərinin olub-olmadığını soruşmuşdular. Mənim namizədim olmadığından, heç kimin adını deməmişəm.

- Siz bu posta yerli, yoxsa əcnəbi mütəxəssisin gətirilməsinin tərəfdarısınız?
- Yerli məşqçinin gətirilməsini istərdim.

- Bir qədər də güləş barədə. Elə bir güləşçimiz varmı ki, ondan Tokio-2020 Yay Olimpiya Oyunlarında sizin uğurunuzu təkrarlamasını gözləyirsiniz?
- Bilirsiniz ki, güləş yığmamız Olimpiadaya 2 vəsiqə qazanıb. Qarşıda daha iki təsnifat turniri var. Güləşçilərimizə həmişə güvənmişik. İnanıram ki, vəsiqələrimizin sayı daha da artacaq. Təbii ki, Olimpiadada medal qazanacaq idmançılarımız var. Adlarını sadalamaq istəməzdim. Ancaq güləşçilərimizin əksəriyyəti dünya, Avropa çempionatlarının medalçılarıdır. Buna görə, onlar komanda şəklində güclüdürlər. Nəticələrin də uğurlu olacağına inanıram.

- Ümumilikdə Olimpiadaya neçə vəsiqə hədəfləyirsiniz?
- Vəsiqələrimizin çox olacağını gözləyirik. Konkret rəqəm demək istəməzdim. Təsnifat turnirləri hələ qarşıdadır. Taekvondo, boks, cüdo, güləş və digər idman növlərindən təsnifat yarışları hələ davam edir. Bu səbəbdən indidən bir say demək doğru olmaz.




 
Bölməyə aid digər xəbərlər
14.10.2020
Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
14.10.2020
Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
09.10.2020
Prezident İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibəsi yayımlanıb
09.10.2020
“Ayrı-ayrı bölgələrdə fəal sakinləri ekoturizmin internetdə təbliğinə cəlb etmək lazımdır”
08.10.2020
Məhərrəm Əliyev: Bu gün Azərbaycanda vahid güc reallığı Ali Baş Komandan, Ordu, Xalq mütəşəkkiliyində birləşib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
2 Бакинские армяне призывают Ереван прекратить оккупацию
3 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
4 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
5 Toyuğun bu hissəsi xərçəng yaradır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info