Həkimdən dəyərli məsləhət: “Valideynlər, təşvişə düşməyn!”
Tarix: 04.03.2020 | Saat: 12:25:00 | E-mail | Çapa göndər


Pediatr Günay Rəsulova müəyyən yaş qrupuna aid olan uşaqlarda qanazlığı ilə bağlı maraqlı və valideynlər üçün maarifləndirici xarakterli məlumatlar paylaşıb. O bir sıra hallarda valideynlərin
öz körpələri üçün təşvişə düşməsinə lüzum görmür. Səbəbi isə çox sadə şəkildə izah edilib: “Çox vaxt görürük, uşaqların 2-3 aylarında valideynlər əlində analiz cavabı ilə təşvişlə, "Həkim, uşağın qanı azdır" deyə müalicə üçün müraciət edirlər.
Necə müalicə edirik? MÜALİCƏ ETMİRİK...! Çünki bu ay körpələrdə görülən qanazlığı tamamən normal və fizioloji haldır. Buna südəmərlərin fizioloji anemiyası deyilir. Yenidoğulanlarda diqqət etsəniz hemoqlobin səviyyəsi çox yuxarı olur və bu dəyərlər get- gedə düşməyə başlayır. Vaxtında doğulmuş uşaqlarda 8-12 həftəyə, yarımçıq doğulmuşlarda 6-8 həftədə ortaya çıxır. Ən önəmli səbəb, körpədə sərbəst tənəffüsün başlaması ilə oksigen saturasiyasının 95 faiz üzərinə çıxması və böyrəkdə Eritropoetinin (qanyaranma stimulyatoru) azalması ilə sümük iliyində eritropoezin yavaşlamasıdır. Bundan başqa fetal eritrositlərin ömrünün qısa olması, körpənin sürətli kilo alımasına paralel getməyən eritrosit kütlə artımı da səbəblər arasındadır. Müalicə lazım olmayan durumdur.
İstisnalar: Hb çox aşağı (6gr/dl dən az) olan yarımçıq doğulmuşlara qan köçürülmə ehtiyacı ola bilər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
GMO-nun zərərləri
05.04.2020
İndi mövsümü olan əməköməci koronavirusa qarşı- Virus və bakteriyaları öldürür
03.04.2020
Tətbiq edilən qaydalara etinasız yanaşan hər kəsin yaşından asılı olmayaraq koronavirusa yoluxma riski yüksəkdir
03.04.2020
“Sağlam immun sistem üçün, sağlam bağırsaq florasının olması çox vacibdir!”
02.04.2020
Koronavirusun müalicəsində akupunktur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info