Paşinyan Gürcüstandan rədd cavabı alıb
Tarix: 04.03.2020 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Gürcüstan iqtisadiyyatına əsas kapital qoyuluşları illərlədir ki, Azərbaycan və Türkiyə dövlətləri tərəfindən edilir. Tbilisinin bu vəziyyəti dəyişmək planı yoxdur. Paşinyan özü də yaxşı bilir ki, Gürcüstan investisiya cəlbediciliyi olmayan, iqtisadi cəhətdən batmış bir ölkə olan Ermənistana görə belə bir riskə getməz”

«Əgər, hər iki ölkə, yəni Ermənistan və Gürcüstan vahid demokratik ərazi hesab olunursa, bu halda investisiya cəlbediciliyi də artacaq”. Bu fikirləri Gürcüstanda səfərdə olan erməni baş nazir Nikol Paşinyan gürcü həmkarı Qeorqi Qaxariya ilə görüşü zamanı bildirib.
İki ölkənin istifadə edilməməiş böyük potensialı olduğunu bəyan edən Paşinyan bu potensiallardan istifadə edilməsini gürcü həmkarına məsləhət görüb (?). Paşinyana görə, İrəvan və Tbilisidə iqtisadi əməkdaşlığı yeni səviyyəyə qaldırmaq üçün bir çox imkanlar mövcuddur.
Paşinyan əmindir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması Avropa Birliyi ilə yaxşı əlaqələri olan Gürcüstanla sərbəst ticarət zonası yaratmaq üçün ciddi imkanlar yarada bilər.
Maraqlıdır ki, Paşinyanın gürcü tərəfinə təklif etdiyi «orjinal fikirlər» yenə də erməni mətbuatında narazılıqla qarşılanıb. Məsələn, «Qolos Armenii» saytı əvvəlki erməni rəhbərləri kimi, Nikol Paşinyanın da gürcülərlə «işbirliyi» ilə bağlı danışıqlarının nəticəsiz qalacağına əmindir. Sayt bununla bağlı yazır: «Ermənistanın iqtisadi əməkdaşlıq baxımından Avrasiya İqtisadi Birliyi ilə Avropa Birliyi arasında körpü rolu oynayacağı barədə artıq 5 ildən artıqdır ki. fikirlər dolaşır. Amma bunun hələ ki, real bir nəticəsi yoxdur. Məhz bu baxımdan Paşinyanın dediklərində elə də bir orjinallıq görünmür».
Maraqlıdır ki, erməni dövləti başçısının «demokratiyanın potensial sərmayəçilər üçün ən cəlbedici element olduğu» fikrinə diqqət çəkən sayt Ermənistanda bu cəlbediciliyin olmadığını qeyd edib. Sayt yazır: «Gürcüstan rəhbərlərinin bu barədə nə düşündüklərini dəqiq söyləmək çətin olsa da, qeyd edək ki, investisiya cəlbediciliyi baxımından təcrübəsi göstərir ki, demokratiyanın ən fəal müdafiəçiləri buna maraq göstərmirlər». Gürcüstan iqtisadiyyatına əsas kapital qoyuluşlarının illərlədir ki, Azərbaycan və Türkiyə dövlətləri tərəfindən edildiyini bildirən sayt yazır ki, Tbilisinin bu vəziyyəti dəyişmək planı yoxdur. Paşinyan özü də yaxşı bilir ki, Gürcüstan tərəfinin investisiya cəlbediciliyi olmayan, iqtisadi cəhətdən batmış bir ölkə olan Ermənistana görə belə bir riskə getməyəcək. Sayta görə, Nikolun əlində düstur kimi tutduğu Ermənistandakı «demokratikləşmə» də indiki halda elə də kara gəlmir. Çünki Paşinyanın demokratikləşməsi kağız üzərindədir. Onun iki illik hakimiyyəti dövründə Ermənistan iqtisadiyyatına qoyulan xarici sərmayələrin həcmi sürətlə azalıb.
Tbilisinin Ankara və Bakı ilə yaxınlığı, Paşinyan başda olmaqla bütün ermənilərdə qıcıq yaratmaqdadır. Əslində, Gürcüstanda olan Paşinyan erməni diaspor nümayəndələri ilə görüşü zamanı erməni xislətini ortaya qoymasaydı, onun əsl erməniliyi şübhə doğura bilərdi. Beləliklə, gürcüstanlı ermənilərlə görüşü zamanı, Türkiyənin qonşu dövlətlərlə «problem» yaşadığını «müjdələyən» Nikol bu «problem»in tezliklə Gürcüstanla da yaşanacağını bildirib. Onun sərsələməsinə görə, «Türkiyənin növbəti hədəfi Batumidir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
20.03.2020
Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır - VİDEO
19.03.2020
Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
17.03.2020
Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
10.03.2020
“Gənclərimiz bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıdırlar”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11485

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info