“Yeni ailə quran gənclər arasında cinsin yoxlanılması və oğlan uşağına üstünlük verilməsi artıq dəb halını alıb”
Tarix: 05.03.2020 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Sosioloq Zəminə Səfərova: “Təsdiqlənən Tədbirlər Planı hər bir valideynin ürəyincə olan qərardır. Bu qərar hətta bəzən valideynlərin fikirlərinə, məsləhətlərinə diqqətlə yanaşmayan gənclərimiz üçün təsirli olacaq tövsiyə xarakterli bir qərardır”

Bu günlərdə Nazirlər Kabinetinin Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planı doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılmasını, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını nəzərdə tutur. Sənəddə “Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı”nın tətbiqinə nəzarətin gücləndirilməsi, qızların təhsildən yayınması hallarının qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, qadınlar arasında sahibkarlıq fəaliyyətinə dəstəyin artırılması, onlar üçün əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar üzrə kursların artırılması kimi tədbirlər yer alır. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, bu müəssisələrin sayının, tək və çoxuşaqlı analara həmin müəssisələrdən istifadə imkanlarının artırılması üçün güzəştlərin tətbiqi də Tədbirlər Planında nəzərdə tutulan tədbirlər sırasındadır. Eləcə də, sənəddə qadınlar arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin stimullaşdırılması, doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərəri haqqında maarifləndirmə işinin aparılması nəzərdə tutulur. Əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi də sənəddə əksini tapır.
Tədbirlər Planı həmçinin, erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi, kənd yerlərində qızların təhsildən yayındırılması ilə bağlı tətbiq edilən məsuliyyət tədbirlərinin sərtləşdirilməsi və praktik tətbiqinə nail olunması və s. kimi tədbirləri əhatə edir.
Yeni təsdiq edilən Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır.
Qeyd edək ki, adıçəkilən Tədbirlər Planı mütəxəssislər, ictimaiyyət nümayəndələri tərəfindən də böyük rəğbətlə qarşılanır. Sosioloq Zəminə Səfərova Tədbirlər Planının mühüm əhəmiyyəti olduğunu bildirdi. Yeni təsdiq edilən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” nın əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması olduğunu deyən sosioloq qeyd etdi ki, bu qərarı çox normal qarşılamaq lazımdır: “Çünki yeni ailə quran gənclər arasında cinsin yoxlanılması və oğlan uşağına üstünlük verilməsi artıq dəb halını alıb. Hətta məhz oğlan uşağının doğulması üçün uzun illər fasilə verilir. Bu kimi hallar həm tibbi-sağlamlıq baxımından fəsadlar törədə bilər, həm də uzun illər ailə övladsız qalmağa gətirib çıxara bilər. Hamiləlik zamanı bəzən cinsi məlum olunduqda onu məhv etmək qərarı da verilir ki, bu da həm İslam dinində günah sayılır, həm də ananın sağlamlığına ciddi zərər vura bilər. Belə hallarda bəzən ömürlük hamilə qala bilmirlər. Əvvəlki illərə qayıtsaq bu qərar həmin illərdə qərar çıxmadan belə, həyata keçirilirdi. Lakin dövr, zaman, mühit dəyişdikcə zərərlərin nisbətən qarşısının alınmasına görə belə sərt qərarlar qoyulmasına məcbur olunur”.
Sosioloq onu da bildirdi ki, dövlətimiz, gənclərin xoşbəxtliyi, ailənin sağlamlığı üçün düşünüb, belə önəmli qərarlar verir və gərək gənclərimiz də nəhayət, bu qərarların mahiyyətini anlasınlar: “Dövlətin verdiyi qərar valideyn nəsihəti kimidir. Həmin qərara hörmətlə yanaşmaq və riayət etmək lazımdır. Bu qərar çox doğru qərardır. Hər bir valideynin ürəyincə olan qərardır. Bu qərar hətta bəzən valideynlərin fikirlərinə, məsləhətlərinə diqqətlə yanaşmayan gənclərimiz üçün təsirli olacaq tövsiyə xarakterli bir qərardır. Üzümü bütün gənclərimizə tutaraq deyirəm ki, Allahın nəsib etdiyi canlıya toxunmayın, toxunulmaz. Uşaq dünyaya gələrsə, onun xeyrini də, ruzisini də görərsiniz”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11583

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info