Bakıda rəssam və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi açılıb
Tarix: 05.03.2020 | Saat: 22:37:00 | E-mail | Çapa göndər



Martın 5-də Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqrafın 50-dən çox əsəri sərgilənib.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qabil Qasımov Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Bildirib ki, Mədəniyyət Nazirliyi, eləcə də Azərbaycan Dövlət Rəsm Qalereyası hər zaman Beynəlxalq Qadınlar Günü ərəfəsində xanımları təbrik etmək üçün belə sərgilər təşkil edir. Bu sərgi qadınlara, onların gözəlliyinə həsr olunub. Təsviri sənətdə rəssamlar hər zaman qadın obrazına müraciət ediblər. Azərbaycan qadını müasir cəmiyyətimizdə çox böyük yer tutur.

Qalereyanın direktoru deyib ki, bu sərgi təsviri sənətin müxtəlif sahələri ilə yanaşı, bədii fotoqrafiya sənətinə olan marağı artırmaq, cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə həyata keçirilir. Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunur.
Sərgidə əsərləri nümayiş olunan gənc rəssamlara uğurlar arzulayan Qabil Qasımov onların Azərbaycan rəssamlıq sənətində öz sözlərini deyəcəklərinə inamını ifadə edib.
Tədbirdə çıxış edən Xalq rəssamı Arif Hüseynov və Azərbaycan Dövlət Rəsm Qalereyasının baş elmi işçisi Vaqif Muğanlı sərgidə əsərləri nümayiş olunan müəlliflərə uğurlar arzulayıblar.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
AZƏRTAC-ın fotomüxbiri Arif Quluzadənin “Zamanın qırışları”, “Əbədi gəzinti” və “Yeni şlyapa” əsərləri də nümayiş olunan əsərlər sırasında yer alıb və maraqla qarşılanıb.
Sərgidə həmçinin “Parlaq” Yaradıcı Gənclər İctimai Birliyinin üzvləri musiqi nümunələri ilə çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Milli Konservatoriya Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
29.03.2020
Lənkəran Dövlət Dram Teatrın kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
29.03.2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
28.03.2020
Telekanallar milli filmləri nümayiş etdirəcək
26.03.2020
Evdə bax: Azərbaycanın unikal teatrı onlayn rejimə keçib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info