Xocalı soyqırımına aid əsərləri daşıyan sərgi qatarı Qarsdan Ankaraya dönüb
Tarix: 06.03.2020 | Saat: 00:37:00 | E-mail | Çapa göndər



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində “Qara qatar səslənir, Qarabağda talan var, Xocalıda soyqırımı!” adlı hərəkətdə olan rəsm sərgisini Ankara-Qars-Ankara marşrutu üzrə daşıyan qatar mənzil başına çataraq birbaşa Türkiyə paytaxtına yola salınıb.

AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgi qurulan əlavə vaqonun qoşulduğu Ankara-Qars sərnişin qatarı fevralın 27-də paytaxtdan yola düşüb.
Altı gün yolda olan sərgi vaqonu Kayseri, Ərzurum, Ərzincan və Sarıqamış dəmir yolu stansiyalarında fasilə edib. Əsərlər həmin stansiyalarda da sərgilənib. Bu stansiyalarda təşkil olunan qarşılanma mərasimlərində və sərgilərin açılışında yerli hakimiyyətin rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sərgi vaqonu martın 4-də Qars stansiyasına çatıb. Qarşılanmada Qarsdakı Baş konsulluğumuzun əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri iştirakı ediblər. Bir gün stansiyada sərgilənən əsərlər yenidən həmin vaqonla birbaşa Ankaraya yola salınıb.
Qeyd edək ki, bu trayektoriya Azərbaycanın Türkiyədəki səfirliyi, Ankarada fəaliyyət göstərən Qazi Universiteti və Türkiyə Dövlət Dəmir Yollarının birgə layihəsi əsasında Xocalı soyqırımı ilə bağlı təşkil olunan ilk hərəkətli nümayişdir. Sərgi yolboyu, eləcə də nümayiş olunduğu stansiyalarda özünə böyük ziyarətçi cəlb edib.




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
XİN Fransa deputatlarının Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı məlumata münasibət bildirib
01.12.2020
Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
01.12.2020
Geri dönüşün mübarək, Laçın! - Ceyhun Bayramov
30.11.2020
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
30.11.2020
Baydenin prezident seçilməsi Azərbaycana nə verə bilər? - Şərh

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info