Paşinyanın referendum qorxusu: xilas yolu koronavirusdur!
Tarix: 06.03.2020 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Bu gün Ermənistanda çoxları aprel referendumunun hakimiyyətin həqiqi reytinqini ortaya qoyacağına inanır. Eyni zamanda onlar bu şounun onların həyatlarını yaxşılığa doğru dəyişməyəcəyinə inanırlar. Ona görə də, bu gün sadə ermənilərin əksəriyyəti səs verməyə getməməkdə israrlıdırlar.
«Qolos Armenii» saytı məlumatlı mənbələrə istinadən Paşinyanın referendumla bağlı təbliğatın azaldılması barədə vəkillərinə göstəriş verildiyini bildirir. Məlumatlara görə, referendumun payıza qədər təxirə salınması barədə də iddialar dolaşır. Hakimiyyətin koronavirusu əsas gətirərək referendumu ləğv etməsi də müzakirə edilir. Bir çox erməni siyasətçi koronavirusun Paşinyan üçün şansı ola biləcəyi qənaətinə gəlməyə başlayıb. Çünki onlar da 5 apreldə seçki məntəqələrinə elə də çox adamın gəlməyəcəyinə əmindirlər. Məhz bu səbəbdən referendum Paşinyan üçün uğursuz ola bilər.
Yeri gəlmişkən, bildirək ki, koronavirus təhlükəsi fonunda keçmiş baş nazir Qant Baqratyan da referendumun ləğvinə çağırış edib. Sabiq həmkarının bu çağırışı Paşinyan üçün elə bil göydəndüşmə olub. Çünki, Paşinyan və onun komandasının açıq-aşkar hədə-qorxu ilə müşayət olunan təşviqat kampaniyası elə də effekt vermir. Baş nazir bütün mətbuat konfranslarında hökumətin onun rəhbərliyi altında boş oturmadığını və hər gün «qürurlu vətəndaşlar»ının həyatını yaxşılaşdırmağa çalışdığını deyərək 100 fakt səsləndirir. Amma ermənilər həmin faktları real həyatlarında hiss etmirlər . Sayt yaızr ki, Paşinyanın son şakəri, axşam saatlarında ayrı-ayrı ailələrin mənzillərinə baş çəkməsidir. Amma onun elə ilk ziyarətləri acı təəssürat yaradıb. Çünki əksər ailələr, Paşinyana kameralar qarşısında problemlərini açıq şəkildə bildirirlər. Əslində, bunlar Paşinyanı qane etməsə də, o, yalan vədlər verməyə davam edir.
Aylardır qara paltarlı qadınlar hökumət binasına gəlir, saatlarla Nikolun kabinetinin pəncərələri altında dayanır və onların tələblərinə məhəl qoyulmamasından şikayət edirlər. Şübhəsiz ki, Paşinyan da bunlardan məlumatsız deyil. Şikayətə gələn erməni əsgər anaları övlədlarının həyatına olan təhlükələrdən, onların ac saxlanılmasından şikayətçidirlər. Bunları eşitmək istəməyən Paşinyan nə edir? Axşamlar mənzilləri gəzərək televiziya kameraları qarşısında insanlardan necə yaşadıqlarını və ya hansı problemlərinin olduğunu soruşur. «Qolos Armenii» saytı Paşinyaın bu əməlinin fərsizlikdən başqa bir şey olmadığını bildirir.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
2 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
3 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
4 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
5 İspaniyaya turist axını 70 faizdən çox azalıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info