Dünyanın ən zəngin 10 ailəsi
Tarix: 07.03.2020 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Zəngin ailələrə heyran olurlar, həsəd aparırlar. Bu insanların pul problemi yoxdur. Onlar elit tədbirlərin ilk sıralarında dayanırlar.
Gencaile.az dünyanın 10 ən varlı ailə klanı haqqında məlumat yayıb.

1. Uolton ailəsi
Şirkət: "Walmart"
Sərvəti: 190.5 milyard dollar
Sem Uolton 1962-ci ildə "Walmart"ı qurub. Həmin vaxtdan bəri Uolton ailəsi tərəfindən idarə olunan şirkət pərakəndə satışla məşğul olur.

2. Mars ailəsi
Şirkət: "Mars"
Sərvəti: 126.5 milyard dollar
Hazırda şirkət Mars ailəsinin dördüncü nəsli tərəfindən idarə olunur. "Mars" - bütün dünyada məşhur olan şirniyyatların istehsalçısıdır.

3. Kox qardaşları
Şirkət: "Koch Industries"
Sərvəti: 124.5 milyard dollar
Çarlz və Devid Kox qardaşları atalarının qurduğu nəhəng imperiyaya rəhbərlik edirlər. Ancaq bu gün onlar müxtəlif namizədləri, araşdırma təşkilatlarını və lobbiçiləri maliyyələşdirərək, ölkədəki siyasi vəziyyətə təsir göstərməyə çalışdıqları üçün daha yaxşı tanınırlar.

4. Əl-Saud ailəsi
Səudiyyə Ərəbistanında kral ailəsi
Sərvəti: 100 milyard dollar
Səudiyyə Ərəbistanının kral ailəsi də dünyanın ən varlı klanları siyahısındadır. Bu ailənin neft və qaz nəhəngi "Saudi Aramco" ilə əlaqələri ailəni xeyli gəlirlə təmin edir.

5. Vertqeymer ailəsi
Şirkət: "Chanel"
Sərvəti 57.6 milyard dollar
"Chanel" Moda Evi əfsanəvi "kiçik qara paltar" və "№5" ətri ilə məşhurdur. Şirkət hazırda Alan və Gerhard Vertqeymer qardaşları tərəfindən idarə olunur.

6. Duma ailəsi
Şirkət: "Hermes"
Sərvəti: 53.1 milyard dollar
Duma klanı 19-cu əsrdə qurulmuş elit "Hermes" şirkətini idarə edir.

7. Van Damm, De Spelberx və De Mevius ailəsi
Şirkət: "Anheuser-Busch InBev"
Sərvəti: 52.9 milyard dollar
Şirkət pivə hazırlanması ənənələri əsasında fəaliyyət göstərən üç klandan ibarətdir.

8. Beringer, Fon Baumbax ailəsi
Şirkət: "Boehringer Ingelheim"
Sərvəti: 51.9 milyard dollar
"Boehringer Ingelheim" 130 ildən çox tarixi olan bir alman dərman şirkətidir.

9. Ambani ailəsi

Şirkət: "Reliance Industries"
Sərvəti: 50.4 milyard dollar
"Reliance Industries" neft emalı, neft-kimya məhsullarının istehsalı və toxuculuq sənayesi kimi sahələrdə fəaliyyət göstərir.

10. Kargill və Makmillan ailəsi
Şirkət: "Cargill"
Sərvət: 42.9 milyard dollar

Ardıcıl altı nəsil boyunca Cargill və Makmillan klanlarının üzvləri 150 il əvvəl Ayova ştatında qurulan "Cargill" şirkətini idarə edir. Şirkət sənaye, kənd təsərrüfatı sahəsində işləyir, ərzaq istehsal edir və müştərilərə müxtəlif xidmətlər göstərir.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb
04.04.2020
Doğulan əkizlərə Korona və Kovid adlarını qoydular
04.04.2020
Tramp tibbi maska taxmamasının səbəbini açıqladı
04.04.2020
104 yaşlı müharibə veteranı koronavirusa qalib gəldi
03.04.2020
89 yaşında ata olacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
2 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
5 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info