Apl dağlarında qar uçqunu beş nəfərin həyatına son qoyub
Tarix: 08.03.2020 | Saat: 21:16:00 | E-mail | Çapa göndər



Martın 8-də Avstriyanın Daxştayn regionunda qar uçqunu baş verib.

AZƏRTAC xəbər verir ki, dəniz səviyyəsindən 2800 metr yüksəklikdə baş verən uçqun nəticəsində üçü qadın, ikisi kişi olmaqla beş Çexiya vətəndaşı qar altında qalıb. Altı helikopterin müşayiət etdiyi çoxlu sayda xilasedici hadisə yerində xilasetmə əməliyyatına cəlb olunsa da, qar uçqunu altında qalan şəxslərin həyatını xilas etmək mümkün olmayıb.
Ekspertlərin rəyinə görə, hava şəraitinin mülayim keçməsi Alp dağlarında qar uçqunu təhlükəsini artırır. Hadisə baş verərkən yaxındakı şahidlər xilasediciləri vaxtında xəbərdar edə biliblər. Lakin eni 150-200 metr olan bu uçqunun dağ yamacında olduqca maili şəkildə hərəkəti turistlərin vaxtında tapılmasını mümkünsüz edib.
Yuxarı Avstriya Dağ Xilasediciləri İdarəsinin rəhbəri Xristof Praymesberqer günəşli və gözəl havada dağlarda tura çıxanları və xizək sürənləri xüsusilə diqqətli olmağa çağırıb. Məhz belə hava şəraitində mülayim temperaturun qar örtüyünə təsiri bədbəxt hadisələrə yol açır.




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
Gəncədə yaşayış binasında yanğın baş verib
03.04.2020
Göyçayda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var
03.04.2020
Karantin rejimini pozan 10 nəfər inzibati qaydada həbs edilib, 3581 nəfər cərimələnib
02.04.2020
Türkiyədə yol qəzasında 5 nəfər ölüb, 15 nəfər yaralanıb
02.04.2020
Cəlilabadda qaynının evindən 80 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
3 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
4 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
5 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info