ABŞ-ın Aydaho Ştat Senatında Azərbaycanın təqdimatı keçirilib
Tarix: 09.03.2020 | Saat: 13:28:00 | E-mail | Çapa göndər



ABŞ-ın Aydaho Ştat Senatının plenar iclasında Azərbaycanın təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.

Qeyd edək ki, Aydaho Ştat Senatının tərkibi əksəriyyəti respublikaçı olmaqla, 35 senatordan ibarətdir.
Ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Aydaho Ştat Senatının sədri Brent Hill senatorlara Azərbaycan haqda məlumat verib. O, ölkəmizin coğrafi mövqeyi, iqlimi, zəngin təbii müxtəlifliyi haqqında danışıb. Azərbaycanda neft sənayesinin inkişafından danışan senator dünyada ilk neft quyusunun 1848-ci ildə məhz Azərbaycanda qazıldığını, ölkəmizin qədim neft sənayesinə malik olduğunu diqqətə çatdırıb. Senator Hill, həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirildiyini qeyd edib. Daha sonra B.Hill baş konsul N.Ağayevi senatorlara təqdim edib.
Bundan başqa, N.Ağayev həmin gün Aydaho Ştat Senatının nüfuzlu Nəqliyyat Komitəsinin iclasında Azərbaycana dair geniş təqdimatla çıxış edib. Baş konsul Azərbaycanın coğrafi mövqeyi, qədim tarixi, zəngin mədəni irsi, eləcə də müstəqil dövlət kimi davamlı inkişafı haqqında ətraflı məlumat verib.
Azərbaycan-ABŞ münasibətləri haqqında məlumat verən N.Ağayev Azərbaycanın ABŞ-ın regiondakı ən böyük ticari tərəfdaşı olduğunu deyib. O, Azərbaycan tərəfindən həyata keçirilən və strateji önəm daşıyan trans-regional enerji və nəqliyyat layihələrindən bəhs edib.
N.Ağayev daha sonra Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, ölkəmizdə müsəlman, yəhudi, xristian və digər dinlərin nümayəndələrinin əsrlər boyu bir-biriləri ilə mehriban şəraitdə yaşadıqlarını və azad şəkildə öz dini ibadətlərini həyata keçirdiklərini diqqətə çatdırıb.
Səfər müddətində baş konsul N.Ağayev Aydaho Nümayəndələr Palatasının demokratlar fraksiyasının dəvəti ilə həmin fraksiyanın iclasında da çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
“Prezident bir daha göstərdi ki, insanların sağlamlığı, təhlükəsizliyi əsas amildir!”
05.04.2020
Türk Şurası: Üzv dövlətlər koronavirusla mübarizədə dərin əməkdaşlıq ruhu nümayiş etdirirlər
05.04.2020
Qoşulmama Hərəkatı üzv ölkələri Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımayıb
04.04.2020
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı əks olunub - VİDEO
04.04.2020
AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info